Aziz Erkaboev: WUF13 kimi tədbirlər dünyada dayanıqlı mənzil və şəhər inkişafı baxımından çox vacibdir VİDEO
Bakı, 21 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və bu kimi tədbirlər dünyada dayanıqlı mənzil və şəhər inkişafı baxımından çox vacibdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Özbəkistan Urbanizasiya üzrə Milli Komitəsinin nümayəndəsi Aziz Erkaboev deyib.
“Düşünürəm ki, urbanizasiya prosesi gələcəkdə daha da sürətlənəcək və bu da iqtisadiyyatların inkişafına təkan verərək insanların yaşayış səviyyəsinə müsbət təsir göstərəcək”, - deyə o əlavə edib.
Müxbirlər - Vüsalə Səfərova, Günel Alıyeva
Videooperator - Şövqi Əzizov
Foto - Nicat Haşımov