Azərbaycan Dövlət İnformasiya Agentliyi

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Bakı, 11 iyun, AZƏRTAC

Bakıda Ümumdünya Şəhər Forumunun 13-cü Sessiyası (WUF13) keçirilməzdən əvvəl də dayanıqlı inkişaf, inklüzivlik və şəhərlərin yeni çağırışlara uyğunlaşdırılması məsələləri artıq beynəlxalq gündəliyin mərkəzində idi. Lakin Azərbaycan paytaxtında keçirilmiş sessiya bu müzakirələrə yeni ölçü qazandıraraq diqqəti ona yönəltdi ki, müasir şəhər istisnasız olaraq bütün sakinləri üçün əlçatan olmadıqca, onu həqiqətən dayanıqlı hesab etmək mümkün deyil. Müzakirələrdə universal dizayn, əlilliyi olan şəxslərin qərarların qəbulunda iştirakı və insanyönümlü şəhər mühitinin formalaşdırılması mövzuları xüsusi yer tutdu.

İnklüziv şəhər inkişafı üzrə dünyaşöhrətli ekspert, şəhər dizaynı üzrə professor, ictimai xadim Viktor Santyaqo Pineda WUF13-ün nəticələrinin qlobal urbanistika üçün əhəmiyyəti, Azərbaycanın inklüziv inkişafın təşviqində rolu, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin perspektivləri, həmçinin Qarabağ və Şərqi Zəngəzurun bərpasının beynəlxalq təcrübəyə mümkün töhfələri barədə AZƏRTAC-a müsahibə verib.

– Cənab Pineda, Bakıda keçirilən WUF13-ün nəticələrindən hansını bütün dünyada urbanizasiyanın dayanıqlı inkişafı baxımından ən mühüm hesab edirsiniz?

– Ümumdünya Şəhərsalma Forumu inklüziv şəhər inkişafı prinsiplərinin təşviqi üçün ən mühüm beynəlxalq platformalardan biridir. Bakıda keçirilən WUF13-ün ən mühüm nəticələrindən biri şəhərlərin dayanıqlılığını və təhlükəsizliyini bütün sakinlərin, xüsusilə əlilliyi olan şəxslərin və digər sosial cəhətdən həssas əhali qruplarının ehtiyacları nəzərə alınmadan təmin etməyin mümkün olmadığının qəbul edilməsidir.

Sessiyanın əsas nəticələri sırasında əlilliyi olan şəxslərin şəhərsalma proseslərində tamhüquqlu və səmərəli iştirakını nəzərdə tutan iştirakçı idarəetmə modellərinin ön plana çəkilməsi, universal dizayn prinsiplərinin iqlim dəyişikliyinə uyğunlaşma strategiyalarına inteqrasiyası, eləcə də hər kəs üçün bərabər istifadə imkanlarının sadəcə texniki tələb deyil, insanın fundamental hüququ və dayanıqlı şəhər inkişafının ayrılmaz şərti kimi qəbul olunması xüsusi qeyd edilə bilər.

Forumun siyasi öhdəliklərlə onların praktik həyata keçirilməsi arasındakı uçurumun aradan qaldırılmasına göstərdiyi diqqət xüsusilə mühüm görünür. Bu gün dünyanın bir çox şəhəri hələ də Əlillərin Hüquqları haqqında Konvensiya (CRPD) və Yeni Şəhər Gündəliyi (New Urban Agenda) kimi beynəlxalq sənədlərin insanların həyatını nəzərəçarpacaq dərəcədə yaxşılaşdıran real dəyişikliklərə çevrilməsi sahəsində çətinliklərlə üzləşir.

– Sizcə, Azərbaycan dayanıqlı şəhər inkişafı üzrə qlobal gündəlikdə hansı rolu oynaya bilər?

– Azərbaycanın inklüziv və dayanıqlı şəhər inkişafının təşviqində Avropa ilə Asiya arasında əlaqələndirici körpüyə çevrilmək üçün unikal imkanı var. WUF13 kimi iri beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə şəhərlərin transformasiyası üzrə öz proqramları çərçivəsində şəhər mühitindən hər kəsin istifadə imkanlarının təmin olunması, iqlim dayanıqlılığının artırılması və sosial inklüzivliyin gücləndirilməsi sahəsində innovativ yanaşmalar nümayiş etdirməklə liderlik göstərə bilər.

Azərbaycanın infrastrukturun modernləşdirilməsinə yatırdığı investisiyalar universal dizayn prinsiplərinin və hər kəs üçün istifadə imkanlarının təmin edilməsi mexanizmlərinin sonradan tətbiq olunmasına deyil, artıq layihələndirmə mərhələsində nəzərə alınmasına əlverişli şərait yaradır. Bu, təkcə iqtisadi baxımdan daha səmərəli yanaşma deyil, həm də daha böyük sosial nəticələr əldə etməyə imkan verir.

Bundan başqa, Azərbaycan ortagəlirli ölkələrin sürətli urbanizasiya tempini inklüziv inkişaf prinsipləri ilə necə uzlaşdıra bildiyini nümayiş etdirməklə beynəlxalq müzakirələrə dəyərli töhfə verə bilər. Bu təcrübə oxşar çağırışlarla üzləşən bir çox dövlət üçün faydalı ola bilər. Əlilliyi olan şəxslərə şəhərsalma və qərarların qəbulu proseslərində fəal iştirak imkanı yaratmaqla Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün zəruri olan iştirak idarəetmə modelinə nümunə ola bilər.

– Hazırda Azərbaycanda “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri fəal həyata keçirilir. Bu təcrübə dünya ictimaiyyəti üçün nə dərəcədə dəyərli ola bilər?

– Azərbaycanın “Ağıllı şəhər” və “Ağıllı kənd”lərin yaradılması təşəbbüsləri, xüsusilə də müasir texnologiyaların inklüziv inkişaf prinsipləri ilə uzlaşdırılması baxımından beynəlxalq ictimaiyyət üçün mühüm təcrübə təqdim edə bilər. Bu layihələrin dəyəri yalnız texnoloji yeniliklərin özündə deyil, həm də onların bütün sakinlər üçün istisnasız olaraq bərabər imkanların və üstünlüklərin təmin edilməsi məqsədilə necə layihələndirilməsi və həyata keçirilməsindədir.

Bu təcrübənin beynəlxalq miqyasda maksimum əhəmiyyət kəsb etməsi üçün belə təşəbbüslərdə rəqəmsal infrastrukturun hər kəs üçün istifadə edilməsinin mümkünlüyünə və universal dizayn məsələlərinə birinci dərəcəli diqqət yetirilməlidir. İntellektual texnologiyaların əlilliyi olan şəxslər, yaşlı vətəndaşlar və digər həssas əhali qrupları üçün faydalı olması vacibdir. Bu isə hər kəsin istifadə edə biləcəyi ictimai nəqliyyat sistemlərinin yaradılmasını, vətəndaşların ictimai həyatda iştirakı üçün inklüziv rəqəmsal platformaların formalaşdırılmasını, eləcə də yeni maneələr yaratmayan, əksinə, cəmiyyətin həyatında iştirak imkanlarının genişlənməsinə xidmət edən “ağıllı” infrastrukturun inkişafını nəzərdə tutur.

Xüsusilə də “Ağıllı kənd” konsepsiyası böyük əhəmiyyət kəsb edir, çünki o, kənd yerlərində istifadə imkanlarının təmin edilməsi və inklüzivlik probleminə toxunur. Bu mövzu çox vaxt diqqətdən kənarda qalır. Bir çox ölkə inklüziv inkişaf prinsiplərinin iri şəhərlərdən kənarda tətbiqində çətinliklərlə üzləşir və Azərbaycanın təcrübəsi müasir texnologiyaların və inkişafın üstünlüklərinin yalnız meqapolislərdə deyil, bütün yaşayış məntəqələrində hamı üçün necə təmin edilə biləcəyini göstərən bir növ yol xəritəsinə çevrilə bilər.

– Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bərpası və yenidən qurulması istiqamətində gördüyü işləri necə qiymətləndirirsiniz?

– Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması inklüziv icmaların demək olar ki, sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır. Şəhərsalma sahəsində belə vəziyyətlərə çox nadir hallarda rast gəlinir. Bu, hər kəs üçün istifadə imkanlarının təmin edilməsi, universal dizayn və inklüziv planlaşdırma prinsiplərinin sonradan tətbiqinə cəhd göstərmək əvəzinə, onları bərpa prosesinin ilkin mərhələlərindən etibarən əsas kimi müəyyənləşdirmək imkanıdır.

Bu istiqamətdə görülən işlər, ilk növbədə, inklüziv inkişaf prinsiplərinin nə dərəcədə ardıcıl şəkildə həyata keçirilməsi prizmasından qiymətləndirilməlidir. Söhbət əlilliyi olan şəxslərin və sosial cəhətdən digər həssas qrupların planlaşdırma proseslərində tamhüquqlu iştirakından, infrastrukturun və yaşayış obyektlərinin tikintisi zamanı universal dizayn standartlarına riayət edilməsindən, ictimai məkanların və nəqliyyat sistemlərinin əlçatan olmasından, eləcə də əlilliyi olan şəxslər üçün açıq iqtisadi imkanların yaradılmasından gedir.

Bərpa prosesi ona əsaslanmalıdır ki, cəmiyyətin bütün üzvlərinin tamhüquqlu iştirakı olmadan həqiqi dayanıqlılıq və uzunmüddətli inkişaf mümkün deyil. Bu isə o deməkdir ki, əlilliyi olan şəxslər təkcə məsləhətləşmələrdə iştirak etməməli, həm də bu ərazilərin gələcəyini müəyyən edən qərarların qəbulunda fəal iştirakçı olmalıdırlar.

Nəticə etibarilə yenidənqurma işlərinin uğuru təkcə tikilmiş obyektlərin sayı və yaradılmış infrastrukturun miqyası ilə deyil, həm də bərpa olunmuş icmaların bütün sakinlər üçün həqiqətən istifadəyə yararlı, inklüziv və rahat olması ilə ölçüləcək.

Müəllif – Tamilla Məmmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR