Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb
Tbilisi, 14 iyun, AZƏRTAC
Tbilisidə 11 il əvvəl baş verən dəhşətli daşqın zamanı həlak olanların xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, 11 il əvvəl - 2015-ci il iyunun 13-də Tbilisidə baş verən daşqın gürcü xalqının birliyinin və həmrəyliyinin simvoluna çevrilib.
İyunun 13-dən 14-nə keçən gecə gecə saatlarında yağan güclü yağış Tskneti-Betaniya yolunda sürüşməyə səbəb olmuşdu və Vera çayının qarşısı müvəqqəti olaraq bağlanmışdı. Çayın suyunun səviyyəsi qalxmış və o, öz məcrasından çıxmışdı. Nəticədə Tbilisidə zoopark, özəl it sığınacağı, yaşayış binaları və mərkəzi küçələr su altında qalmışdı. Daşqın 21 nəfərin həyatına son qoymuşdu.
Faciənin 11-ci ildönümündə Tbilisi meri Kaxa Kaldze, sakrebulonun sədri və üzvləri, şəhər sakinləri, eləcə də paytaxtda yaşayan azərbaycanlılar daşqından ən çox zərər çəkən Svanidze küçəsində daşqın qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.