Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
Paris, 7 oktyabr, AZƏRTAC
Fransada feminist təşkilatlar və bir sıra qurumlar qadınları oktyabrın 13-də peşə və məişət fəaliyyətlərini dayandırmağa çağırıb. Həmin gün Milli Assambleyada cinsi və gender əsaslı zorakılığa qarşı hərtərəfli qanun layihəsi üzrə yekun səsvermə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “World With Women” assosiasiyası təşəbbüsü ilə yaradılan kollektivin çağırışında məqsəd qadınların cəmiyyətin fəaliyyətinə verdiyi töhfəni görünən etməkdir. Qadınların hamısının bir gün ərzində fəaliyyətini dayandıra bilməyəcəyi nəzərə alınaraq, aksiyaya bir saatlıq fasilə, mitinqdə iştirak və ya onlayn şəkildə qoşulmaq da təklif olunur.
Assosiasiya kişiləri də həmrəyliyə və həmin gün qadınların işlərinin bir hissəsini üzərlərinə götürməyə çağırıb. Saat 13:00-da Parisdə və bölgələrdə keçiriləcək aksiyalarda bir dəqiqəlik sükut elan olunacaq.
Paris mitinqi Bastiliya meydanında saat 11:30-da başlayacaq. Nitsa, Bordo, Tuluz, Lyon, Marsel, Nant və digər şəhərlərdə də aksiyalar planlaşdırılır.
Milli Assambleyada müzakirə olunan qanun layihəsi zorakılığın qarşısının alınması, qurbanlara dəstək və günahkarların cəzalandırılması daxil olmaqla, cinsi və gender əsaslı zorakılıqla mübarizənin bütün mərhələlərini əhatə edir. Layihəyə 70-dən çox maddə daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]
Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib
- 07.10.2026 [11:40]
Omanla Qazaxıstan arasında sənədlər imzalanıb
- 07.10.2026 [11:13]
Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib
- 07.10.2026 [11:12]
Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb
- 07.10.2026 [11:11]