İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub
Bakı, 14 iyun, AZƏRTAC
İsveçrə millisinin hücumçusu Brel Embolo dünya çempionatının qrup mərhələsində Qətər yığmasına qarşı keçirilən oyunda hesabı açıb.
AZƏRTAC xəbər verir ki, o, matçın 17-ci dəqiqəsində təyin olunan penaltini dəqiq yerinə yetirərək komandasını önə çıxarıb.
Bu qol İsveçrə yığmasının futbol üzrə dünya çempionatları tarixində əsas və ya əlavə vaxtda penalti zərbəsindən vurduğu ilk qol kimi qeydə alınıb. Penaltilər seriyası nəzərə alınmadıqda, komanda indiyədək mundiallarda 11 metrlik cərimə zərbəsindən fərqlənməmişdi.
Beləliklə, İsveçrə millisinin dünya çempionatlarında penalti qolu həsrəti 41 oyundan sonra başa çatıb. Bu göstərici turnirin tarixində ən uzun seriyalardan biri hesab olunurdu.
Qeyd edək ki, İsveçrə və Qətər yığmaları arasında keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]