Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
Bakı, 1 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Lüksemburqa 20 milyon 251,08 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 306,1 dəfə və ya 20 milyon 184,92 min dollar artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.
Hesabat dövrü ərzində Azərbaycan Lüksemburqdan 2 milyon 501,13 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 3,9 dəfə və ya 1 milyon 851,92 min dollar azdır.
Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 0,09 faizini, ümumi idxalının isə 0,02 faizini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan ümumilikdə 21 milyard 815 milyon 37,04 min dollar dəyərində mal ixrac olunub. İdxalın ümumi dəyəri isə 11 milyard 423 milyon 350,68 min dollar təşkil edib.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [11:18]
Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir: Milli Məclis təsdiqlədi
- 30.10.2026 [11:01]
Bakıətrafı dəmir yolu xətlərinin bərpası 2030-cu ilədək başa çatdırılacaq
Sumqayıtda avtomobil yanıb
- 29.10.2026 [23:48]
Bakıda yük avtomobili qəza törədib, hərəkət məhdudlaşdırılıb
- 29.10.2026 [23:25]
Xalçaçı-rəssam: Lətif Kərimovun eskizləri əsasında iki xalça hazırlanıb
- 29.10.2026 [23:09]
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb
- 29.10.2026 [21:33]