Yeni Suraxanı-Hövsan dəmir yolu xətti şəhər mərkəzinə nəqliyyat əlçatanlığını artıracaq
Bakı, 30 oktyabr, AZƏRTAC
Bakıətrafı ərazilərdə dəmir yolu əlaqəsinin genişləndirilməsi çərçivəsində Yeni Suraxanı-Hövsan xəttinin ilk növbədə istifadəyə verilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, xətt Bakı Dəmiryol Vağzalından başlayaraq Bakıxanov stansiyasından keçməklə Yeni Suraxanıya qədər uzanacaq. Buradan isə Hövsan və MİDA yaşayış kompleksinin ərazisindən keçərək Hövsan limanı istiqamətində davam edəcək.
B.Hacıyev qeyd edib ki, yeni xəttin istifadəyə verilməsi Hövsan sakinlərinin şəhər mərkəzinə nəqliyyat əlçatanlığını əhəmiyyətli dərəcədə artıracaq. Bununla belə, sərnişinlərin şəhər mərkəzinə çatma müddəti ilə bağlı hazırda dəqiq vaxt söyləmək mümkün deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [11:18]
Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir: Milli Məclis təsdiqlədi
- 30.10.2026 [11:01]
Bakıətrafı dəmir yolu xətlərinin bərpası 2030-cu ilədək başa çatdırılacaq
- 30.10.2026 [10:58]
Neft qiymətləri ardıcıl 4-cü aylıq artıma hazırlaşır
Sumqayıtda avtomobil yanıb
- 29.10.2026 [23:48]
Bakıda yük avtomobili qəza törədib, hərəkət məhdudlaşdırılıb
- 29.10.2026 [23:25]
Xalçaçı-rəssam: Lətif Kərimovun eskizləri əsasında iki xalça hazırlanıb
- 29.10.2026 [23:09]
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb
- 29.10.2026 [21:33]