Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Bakı, 1 oktyabr, AZƏRTAC

Tacikistandan olan gənc sənətçi Tamanno Baxromova üçün Azərbaycan musiqisi sadəcə yaradıcılıq repertuarının bir hissəsi deyil. Bu musiqi onun ailə kökləri, uşaqlıq xatirələri və Azərbaycan mədəniyyətini daha dərindən öyrənmək arzusu ilə bağlıdır.

AZƏRTAC-ın müxbiri Tacikistan-Rusiya (Slavyan) Universitetinin Jurnalistika fakültəsinin tələbəsi, müğənni, 2021-ci və 2024-cü illərdə keçirilmiş “Tacikistan – mənim sevimli vətənim” respublika müsabiqəsinin qalibi, Tacikistan Respublikası Prezidentinin İcra Aparatı yanında Dövlət Simfonik Orkestrinin estrada qrupunun solisti Tamanno Baxromova ilə söhbət edib.

Onun peşəkar fəaliyyətində mühüm yer tutan məqamlardan biri də Tacikistan Respublikasının Prezidentinin iştirak etdiyi dövlət konsertlərində çıxışları olub. Tamannonun sözlərinə görə, son illərdə o, üç dəfə belə konsert proqramlarında iştirak edib.

Gənc sənətçi xatırlayır ki, onun Azərbaycan musiqisinə marağı hələ uşaqlıqdan yaranıb və bunun səbəbi atasının azərbaycanlı olmasıdır.

“Uşaqlıqdan Azərbaycan dilində danışığı, musiqini, mahnıları eşidirdim və Azərbaycan mədəniyyətinə qismən də olsa, bələd olmağa imkan verən bir mühitdə böyümüşəm”, – deyə o qeyd edib.

Tamannonu xüsusilə Azərbaycan musiqisinin melodikliyi, ifanın emosional çaları və ənənəvi musiqi alətlərinin səslənməsi cəlb edib.

“Ənənəvi Azərbaycan musiqi alətlərinin, xüsusilə kamançanın səslənməsini həmişə dinləməyi xoşlamışam. Həm də bu ifa tərzində və xarakterində doğma nəsə hiss olunurdu. Yəqin ki, məni də məhz buna görə nəsə özünə cəlb etdi”, – deyə sənətçi bildirib.

Bu gün onun repertuarında hələlik Azərbaycan mahnıları o qədər də çox deyil. Tamannonun etiraf etdiyi kimi, bunun səbəbi həmin mahnıları daha məsuliyyətlə ifa etmək istəyidir. Müğənni əvvəlcə Azərbaycan dilini daha dərindən öyrənmək niyyətindədir ki, əsərlərin məzmununu daha yaxşı anlasın və onların ifadə etdiyi mənanı dinləyiciyə çatdıra bilsin.

“Mənim üçün dili öyrənmək vacibdir ki, Azərbaycan musiqisini, sözləri və müəllifin çatdırmaq istədiyi fikri mümkün qədər dərindən hiss edə bilim”, – deyə o vurğulayıb.

Tamannonun hələ musiqi məktəbində oxuduğu vaxt ifa etdiyi ilk Azərbaycan mahnısı məşhur xalq mahnısı “Sarı gəlin” olub. Onun sözlərinə görə, həmin vaxt şəxsi motivasiyası da var idi – mahnını atasının doğma dilində ifa etməklə onu sevindirmək.

“Mahnını atamın doğma dilində ifa etməklə onu təəccübləndirmək və sevindirmək istəyirdim və nəticədə buna nail oldum”, – deyə gənc sənətçi xatırlayıb.

Onun seçimi ilk dinləyicilərin də marağına səbəb olub. Həmin dövrdə Tacikistan səhnəsi üçün Azərbaycan dilində mahnı səsləndirmək, xüsusilə də bunu musiqi məktəbinin şagirdinin ifasında eşitmək qeyri-adi hal idi. Sonralar Tamanno peşəkar fəaliyyətində Azərbaycan musiqisinə daha çox müraciət etməyə başlayıb.

Bu istiqamətdə “Ayrılıq” mahnısı xüsusi yer tutub. Sənətçi əvvəlcə mahnının öz ifasında kaver versiyasını hazırlayaraq sosial şəbəkələrdə yerləşdirib. Daha sonra Azərbaycan üslubunda musiqi ifa edən və improvizələr edən tacik bəstəkar və musiqiçi Curabek Umarovla tanış olub. Beləliklə, konsert proqramına Azərbaycan musiqi əsərinin daxil edilməsi ideyası yaranıb.

2026-cı ilin mayında Tamanno Curabek Umarovla birlikdə ilk dəfə “Ayrılıq” mahnısını T.Sattorov adına Tacikistan Milli Konservatoriyasının Böyük zalında Samirə Amirşoyevanın “Эҳёи садо” (“Musiqinin dirçəlişi”) adlı solo konsertində ifa edib.

Sənətçinin sözlərinə görə, dinləyicilərin reaksiyası onun üçün xüsusilə əhəmiyyətli olub.

“Dinləyicilər konsertə Azərbaycan dilində mahnı daxil etməklə yenilik gətirilməsini çox bəyəndilər. Çoxlu sayda müsbət və heyranlıq ifadə edən rəylər oldu. Hətta tamaşaçılardan biri mahnını dinləyərkən gözlərinin dolduğunu dedi”, – deyə o bildirib.

Tamanno üçün bu reaksiya sübut edib ki, musiqi dili tam başa düşmədən də hissləri çatdıra bilir.

“Mən hesab edirəm ki, dili bilinməyən bir mahnının ifası ilə dinləyicilərin qəlbinə toxuna bilmişiksə, deməli, onlar həmin mahnını daha dərin səviyyədə hiss edib anlayıblar”, – deyə gənc sənətçi qeyd edib.

“Azərbaycan musiqisi mənim üçün məhz belədir. Sözlərinin mənasını başa düşüb-düşməməyin əhəmiyyəti yoxdur, belə ki, melodiyanın özü sözlərdən daha çox şey deyir, ifanın səmimiliyi və duyğusallığı isə onu dinləyən hər kəsin qəlbinin dərinliklərinə toxunur”, – deyə o əlavə edib.

Tamanno Azərbaycan cazına xüsusi sevgisinin olduğunu da bildirib. Onun ən çox dinlədiyi musiqiçilər arasında Vaqif Mustafazadə, Əzizə Mustafazadə, Şövkət Ələkbərova, Akif İslamzadə və Eyyub Yaqubovun adlarını çəkib.

“Ənənəvi və müasir musiqinin bir-biri ilə ahəng təşkil etdiyi, eyni zamanda, Azərbaycanın musiqi xarakterini və mədəniyyətini qoruyub saxladığı əsərləri xüsusilə bəyənirəm”, – deyə o bildirib.

Azərbaycan musiqisinə maraq tədricən sənətçinin peşəkar planlarının da bir hissəsinə çevrilir. “Ayrılıq” mahnısının tamaşaçılar tərəfindən müsbət qarşılanmasından sonra əsər növbəti konsertdə də səsləndirilib. Hazırda isə Tamanno və Curabek Umarov yeni əsər – “Küçələrə su səpmişəm” mahnısını hazırlayırlar.

“Ümid edirəm ki, yaxın vaxtlarda konsertlərimizdə Azərbaycan mahnıları daha tez-tez səslənəcək”, – deyə gənc sənətçi bildirib.

Azərbaycan və Tacikistan arasında mədəni əlaqələrdən danışan Tamanno iki ölkədə keçirilən mədəniyyət günlərinin və yaradıcı kollektivlərin qastrol səfərlərinin əlaqələrin daha da yaxınlaşması üçün imkanlar yaratdığını qeyd edib.

Onun sözlərinə görə, Tacikistan Respublikası Prezidentinin İcra Aparatı yanında Dövlət Simfonik Orkestrinin musiqiçiləri son illərdə Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Bakıda çıxış ediblər. Konsert proqramlarında tacik, Azərbaycan və digər dillərdə əsərlər səsləndirilib.

“Mən hesab edirəm ki, mədəni mübadilə prosesi kifayət qədər uğurla gedir və düşünürəm ki, yaxın vaxtlarda bu əlaqələr daha da möhkəmlənə bilər”, – deyə Tamanno Baxromova sözlərini yekunlaşdırıb.

Müxbir – Lalə Minasazova

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO