Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

AZƏRTAC türk xalqlarının folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan silsilə yazıları davam etdirir

Bakı, 1 oktyabr, AZƏRTAC

Türk xalqlarının zəngin mənəvi-mədəni irsində ozan, aşıq, baxşı, akın, manasçı kimi ənənəvi sənət daşıyıcılarının xüsusi yeri vardır. Müxtəlif türk xalqlarında fərqli adlarla tanınan bu sənətkarlar yalnız musiqi ifaçısı və ya şair deyil, həm də xalqın tarixi yaddaşını, dünyagörüşünü, estetik düşüncəsini və mənəvi dəyərlərini nəsildən-nəslə ötürən canlı mədəniyyət daşıyıcılarıdır. Türkmənistanın baxşı sənəti Türk dünyasının ortaq sözlü-musiqili yaradıcılıq ənənəsinin mühüm qollarından biridir.

Bunu AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova söyləyib.

O diqqətə çatdırıb ki, türkmən baxşı sənəti əsrlər boyu xalqın məişəti, mərasimləri, qəhrəmanlıq və məhəbbət dastanları, tarixi hadisələri və mənəvi dəyərləri ilə sıx bağlı şəkildə inkişaf edib. “Baxşı həm söz söyləyən, həm oxuyan, həm də ənənəvi musiqi alətində müşayiət edən sənətkardır. Onun ifasında şifahi poetik mətnlə musiqi bir-birini tamamlayır. Bu xüsusiyyət baxşı sənətini yalnız musiqi hadisəsi deyil, eyni zamanda, folklor, ədəbiyyat və milli yaddaş hadisəsi kimi səciyyələndirməyə imkan verir. Türkmən xalqının ənənəvi musiqi mədəniyyətinin formalaşmasında baxşıların rolu olduqca böyükdür. Əsrlər boyu şifahi şəkildə yaşadılan mahnılar, dastanlar, rəvayətlər və poetik nümunələr məhz bu sənətkarların ifası vasitəsilə geniş auditoriyaya çatdırılıb. Baxşı yaddaşında böyük həcmdə mətn və melodik material saxlayır, onu ifa zamanı dinləyicinin qarşısında yenidən canlandırır. Bu sənətin mühüm xüsusiyyətlərindən biri şifahi yaradıcılığın ifaçı şəxsiyyətinin yaradıcılığı ilə birləşməsidir. Baxşı ənənəvi repertuarı mənimsəməklə yanaşı, ifa prosesində mətnin müəyyən hissələrini improvizə edə, melodik və vokal imkanlarından istifadə edərək əsərin emosional təsirini gücləndirə bilir.

Beləliklə, folklor nümunəsi yalnız əvvəlcədən müəyyənləşmiş mətn kimi deyil, hər yeni ifada yenidən yaranan canlı sənət hadisəsi kimi çıxış edir. Türkmənistanın rəsmi mənbələrində də baxşıların xalq musiqi folklorunun toplayıcıları və qoruyucuları kimi mühüm missiya daşıdıqları vurğulanır. Ənənəvi repertuarın nəsildən-nəslə ötürülməsi baxşı sənətinin əsas xüsusiyyətlərindən biri olub. Tarixi mənbələrdə və müasir təsvirlərdə baxşı məclislərinin geniş auditoriya qarşısında uzun müddət davam etdiyi, sənətkarların gecədən səhərə qədər dastan və mahnılar ifa etdikləri qeyd olunur. Bu baxımdan baxşı yalnız səhnə sənətçisi deyil, xalq içərisində xüsusi nüfuza malik mədəni şəxsiyyət kimi formalaşıb. O, yaddaşın qoruyucusu, sözün daşıyıcısı və musiqi ənənəsinin davamçısı funksiyasını bir arada yerinə yetirib”, - deyə dosent əlavə edib.

İlhamə Qəsəbova türkmən baxşı sənətindən danışarkən, ilk növbədə, dutarın adını çəkməyin lazım olduğunu deyib: “Dutar baxşı sənətinin əsas musiqi dayağı olmaqla yanaşı, həm də türkmənlərin milli musiqi mədəniyyətinin əsas simvollarından biridir. İki simli, uzun qollu bu alətin özünəməxsus tembri baxşı ifasının poetik və emosional xarakterini tamamlayır. Dutarın hazırlanmasında ənənəvi ağac emalı bilikləri mühüm rol oynayır. Alətin gövdəsi əsasən tut ağacından, qolu isə ərik ağacından hazırlanır. Dutarın hazırlanması, köklənməsi və ifaçılıq texnikası bir-biri ilə bağlı olan ənənəvi biliklər sistemini təşkil edir. Bu səbəbdən UNESCO 2021-ci ildə yalnız musiqi ifasını deyil, dutarın hazırlanması sənətini də onunla birlikdə qeyri-maddi mədəni irs elementi kimi qeydə alıb. Dutarın türkmən musiqisində funksiyası çoxşaxəlidir. O, həm solo instrumental ifalarda, həm də vokal ifanın müşayiətində istifadə edilir. Türkmən musiqisində, eləcə də dutar ifaçılığında müxtəlif istiqamətlər var, baxşı sənəti isə dutarın oxuma ilə birlikdə səsləndirilməsi üzərində qurulub. Həmçinin dastan ifaçılığında söz, musiqi, nəsr, şeir və vokal improvizasiya bir-birini tamamlayır.

Bu xüsusiyyət Azərbaycan aşıq sənətində sazın funksiyası ilə müəyyən müqayisələr aparmağa imkan verir. Azərbaycan aşığı üçün saz nə qədər mühüm sənət vasitəsidirsə, türkmən baxşısı üçün də dutar həmin ənənənin əsas musiqi dayaqlarından biridir. Lakin hər bir xalqın tarixi-mədəni inkişaf yolu və ifa sistemi özünəməxsus olduğundan bu oxşarlığı eyniləşdirmə deyil, türk xalqlarının ortaq musiqi-poetik yaddaşının müxtəlif təzahürləri kimi dəyərləndirmək daha doğrudur”.

Müxbir – Fidan Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

Baş Prokurorluq Gəncədə orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı məlumat yayıb – YENİLƏNİB 2

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Media Forumu: Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu PANEL İCLAS

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir VİDEO

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir VİDEO

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var