Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib
Berlin, 1 oktyabr, AZƏRTAC
Bu gündən Almaniyada yanacaqla bağlı yeni vergi güzəşti qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, səhər saatlarında benzinin və dizelin qiymətində nəzərəçarpacaq ucuzlaşma olsa da, günorta saatlarından sonra bəzi yanacaqdoldurma məntəqələrində qiymətlər yenidən yüksəlib.
Dekabrın 31-dək qüvvədə olacaq güzəştə əsasən, enerji vergisinin hər litr üçün 14,04 sent azaldılması ƏDV ilə birlikdə istehlakçı üçün nəzəri olaraq 16,7 sentlik endirim deməkdir.
Səhər saatlarında E10 markalı benzininin orta qiyməti 2,062 avro olub ki, bu da ötən həftənin eyni vaxtı ilə müqayisədə 14,5 sent azdır. Dizelin orta qiyməti isə 2,209 avroya düşərək 15,2 sent ucuzlaşıb. Lakin güzəştin təsiri gün ərzində dəyişib. Berlində günorta saatlarında "E10" markalı yanacağın litri 2,01 avrodan 2,26 avroya, dizel isə 2,16 avrodan 2,41 avroya yüksəlib.
Mütəxəssislər yanacaq qiymətlərinin gün ərzində ciddi dəyişdiyini və məntəqələr arasında fərqin də böyük olduğunu bildirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:44]
Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb
- 01.10.2026 [16:11]
Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub
- 01.10.2026 [15:44]
İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb
- 01.10.2026 [15:29]