Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
Bakı, 1 oktyabr, AZƏRTAC
Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində azarkeşlər üçün fan zona təşkil olunub.
AZƏRTAC xəbər verir ki, fan zona Su İdmanı Sarayının A girişində fəaliyyət göstərir.
Burada ziyarətçilər üçün müxtəlif əyləncəli və interaktiv oyunlar təşkil olunur. Azarkeşlər müxtəlif oyunlarda iştirak etməklə yanaşı, yarışların yaratdığı xüsusi atmosferi yaşamaq imkanı da əldə edirlər.
Fan zona oktyabrın 3-dək saat 14:00-dan etibarən ziyarətçilərin üzünə açıq olacaq.
Fotoqraf - Xanlar Əlizadə