Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

Bakı, 1 oktyabr, AZƏRTAC

Xaricdə təhsil bəzən yalnız yeni ixtisas və universitet seçimi deyil, insanın əvvəlki təcrübələrini yeni istiqamətlərlə birləşdirmək imkanı da yaradır. Selcan Cəbrayılovanın təhsil və peşə yolu da bu baxımdan diqqət çəkir. Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə bakalavriat təhsili alan Selcan Cəbrayılova tələbəlik illərində müxtəlif beynəlxalq layihə və tədbirlərdə könüllü kimi iştirak edib. Bu təcrübə onda ölkəmizin tarixini və mədəniyyətini xarici qonaqlara tanıtmağa maraq yaradıb. O, 2022-ci ildən peşəkar turizm bələdçisi kimi fəaliyyət göstərərək Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşkil etdiyi sertifikatlaşdırma imtahanlarını uğurla keçib və ölkəmizdəki rəsmi bələdçilərdən biri olub. İndi isə Selcan Cəbrayılova “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Avstraliyanın Sidney Universitetində dövlət siyasəti ixtisası üzrə magistratura təhsili alacaq.

Selcan Cəbrayılova AZƏRTAC-a açıqlamasında bildirib ki, magistratura təhsili almaq uzun müddətdir qarşısına qoyduğu məqsədlərdən biri olub. Lakin 2022-ci ildən etibarən intensiv şəkildə turizm bələdçiliyi fəaliyyəti ilə məşğul olması akademik inkişafını bir müddət ikinci plana keçirib.

“2025-ci ildən etibarən magistratura təhsili barədə daha ciddi düşünməyə başladım. Turizm sahəsində qazandığım təcrübə mənə aydın göstərdi ki, ölkəmizin turizm və mədəniyyət sahəsində böyük potensialı var və bu potensialı daha yüksək səviyyəyə qaldırmaq üçün sistemli yanaşmaya ehtiyac duyulur. Anladım ki, əgər Azərbaycan turizm siyasətinə köklü, yenilikçi və dayanıqlı töhfələr vermək istəyirəmsə, beynəlxalq standartlara cavab verən keyfiyyətli təhsilə sahib olmalıyam. Beləliklə, gənclərə tam təqaüd və dəstək verən Dövlət Proqramına müraciət etmək qərarına gəldim. Dünyanın nüfuzlu universitetlərində təhsil almaq, potensialımızı inkişaf etdirmək və gələcəkdə qazandığımız bilik və təcrübə ilə ölkəmizin inkişafına töhfə vermək mümkündür. Neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən xüsusi təhsil siyasətinə və Dövlət Proqramına göstərilən dəstəyə görə ölkə rəhbərinə təşəkkürümü bildirirəm. Müraciət prosesi mənim üçün həm böyük məsuliyyət, həm də ciddi zəhmət tələb edən mərhələ oldu. Eyni vaxtda həm intensiv çalışır, həm imtahanlara hazırlaşır, həm müxtəlif universitetlərin şərtlərini araşdırır, həm də müsahibələrə hazırlaşırdım. Hətta işə getmədiyim, istirahət günlərimdə belə vaxt itirməyib kitabxanaya gedirdim. Bəzən o qədər yorulurdum ki, özüm də bilmədən kitabxanada masanın üstündə yatıb qalırdım. Səhərlər işə gecikməmək üçün dalbadal, bir dəqiqə fərqlə 5-6 həyəcan siqnalı qururdum. Bu dövrü özüm üçün mərhələlərə bölmüşdüm və sanki çoxetaplı bir oyun qurmuşdum. Məsələn, dil sertifikatına hazırlaşanda telefonumun ekranına hədəflədiyim C1/C2 səviyyəli IELTS sertifikatının fotosunu qoyurdum. Universitetlərə müraciət dövründə isə ekran şəklimi davamlı çalışan bir insan fotosu və Sidney şəhərinin görüntüsü ilə əvəzləyirdim. Hər mərhələni keçdikcə içimdə daha böyük həvəs və stimul yaranırdı. Məhz bu daxili motivasiya və zəhmət mənə bütün çətinliklərin öhdəsindən gəlməyə kömək etdi. Akademik bazam ingilis dili müəllimliyidir, daha sonra isə turizm sahəsində praktiki təcrübə qazanmışam. Birbaşa dövlət siyasəti kimi kompleks bir sahəyə keçid edərkən mənə elə bir təhsil proqramı lazım idi ki, pedaqoji və praktiki təcrübəmi bu yeni sahə ilə harmonik şəkildə birləşdirsin və rahat adaptasiya imkanı yaratsın. Sidney Universiteti məhz bu balansı mənə verirdi. Eyni zamanda, Sidney şəhərinin də ölkəmiz kimi multikultural mühitə malik olması bu seçimi mənim üçün qətiləşdirdi. Məqsədim Sidney Universitetində əldə edəcəyim bilik və təcrübəni Azərbaycanda turizm siyasətinin inkişafına tətbiq etməkdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qeyri-neft sektorunun, xüsusilə dayanıqlı iqtisadiyyatın inkişafı əsas hədəflərdən biri kimi göstərilib. Hesab edirəm ki, qeyri-neft sektorunun əsas dayaqlarından biri turizm olmalıdır. Çünki ölkəmizdə turizmin inkişafı üçün lazımi təbii, tarixi, mədəni və insani potensial mövcuddur.

Əsas hədəfim Sidney Universitetində qazanacağım biliklərlə Azərbaycana turizm siyasəti üzrə yeni və müasir yanaşmalar gətirməkdir. Beynəlxalq təcrübədə “Policy Transfer”- siyasətin transferi adlanan anlayış var. Arzum budur ki, biz elə uğurlu və innovativ turizm modeli formalaşdıraq ki, yalnız başqalarından öyrənməyək, əksinə, digər ölkələr Azərbaycanın turizm siyasətindən bəhrələnsin və bizim təcrübəmizi tətbiq etsinlər. Ölkəmizin resursları və gənclərimizin intellektual potensialı buna imkan verir. Bəzən sadəcə düzgün, keyfiyyətli və yerində olan beynəlxalq təhsil çatışmır ki, biz də bu Dövlət Proqramı sayəsində həmin təhsili alaraq böyük hədəfləri reallaşdıraq”, - deyə Dövlət Proqramı qalibi qeyd edib.

Selcan Cəbrayılova Dövlət Proqramına müraciət etmək istəyən gənclərə, ilk növbədə, təhsillə bağlı konkret məqsəd müəyyənləşdirməyi tövsiyə edib: “Gənclər özlərinə bu sualı verməlidirlər: Mən seçdiyim bu sahədə real addımlar ata biləcəyəmmi? İki ili boşuna keçirməmək üçün konkret bir planım, bir hədəfim varmı? Təhsil almaq böyük məsuliyyətdir. İnsan nə üçün burada olduğunu və gələcəkdə haraya gəlib çıxmaq istədiyini aydın görməlidir. Konkret məqsədiniz olanda daxilinizdəki arzu sizə böyük stimul verir. Dövlət Proqramına müraciət edəcək gənclərə tövsiyəm səbirli olmaq və çox araşdırmaqdır. Xüsusilə müsahibə mərhələsi çox həlledici an olur. Əgər siz niyə təhsil aldığınızı dərindən dərk edirsinizsə, ölkənizə verəcəyiniz töhfəni aydın ifadə edə bilirsinizsə, müsahibədə də özünüzü daha rahat ifadə edə bilərsiniz. Bir sözlə, sistemli çalışmaq, səbirli olmaq və gələcək həyatınızı şəkilləndirəcək böyük bir məqsəd tapmaq lazımdır. Qarşınızda belə bir məqsəd olduqda, çəkilən bütün zəhmət və əziyyətlər də bir anın içində öz dəyərini tapır”.

Müxbir-Nərmin Muradzadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

Baş Prokurorluq Gəncədə orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı məlumat yayıb – YENİLƏNİB 2

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Media Forumu: Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu PANEL İCLAS

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır VİDEO

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır VİDEO

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər