ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
Bakı, 1 oktyabr, AZƏRTAC
Birləşmiş Ştatların gündəlik xam neft istehsalı ötən hesabat həftəsində cüzi artıb.
AZƏRTAC ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, Birləşmiş Ştatların neft hasilatı 16 min barel artaraq sutkada orta hesabla 13 milyon 955 min barel səviyyəsində olub.
Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 179 min barel azalaraq sutkalıq 5 milyon 698 min barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 289 min barel artaraq gündəlik 3 milyon 570 min barel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 830 min barel, gələn il isə 14 milyon 260 min barel olacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]