Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: “Bəs pulumu necə dəyərləndirim?”

İnvestisiya haqqında düşünəndə isə suallar artır: Haradan başlamalıyam? Nə qədər pulla başlamaq olar? Risk nədir? Səhm, istiqraz və ETF arasında fərq nədir? Pulumu necə bölüşdürməliyəm? Seçdiyim investisiyanın mənim üçün uyğun olub-olmadığını necə anlayım?

Suallarımızı “Kapital Bank”ın Xəzinədarlıq departamentinin direktoru Elşad İbrahimov cavablandırır.

- Elşad bəy, investisiyaya başlamaq istəyən, amma bu sahədə təcrübəsi olmayan insan ilk olaraq nə etməlidir?

- İlk addım konkret bir investisiya aləti seçmək olmamalıdır. Əvvəlcə insan özünə çox sadə bir sual verməlidir: “Mən nə üçün investisiya edirəm və bu pula nə vaxt ehtiyacım olacaq?”.

Məsələn, məqsədiniz uzunmüddətli kapital yaratmaq, ev almaq, təhsil üçün vəsait toplamaq və ya gələcək üçün əlavə maliyyə mənbəyi formalaşdırmaq ola bilər. Bu məqsədlərin müddəti fərqlidir və təbii olaraq investisiyaya yanaşma da fərqli olacaq.

Bir məqamı da nəzərə almaq lazımdır. İnvestisiyaya ayırdığınız pul gözlənilməz xərclər zamanı sizə lazım olacaq yeganə vəsait olmamalıdır. Çünki bazarda qiymətlər müəyyən dövrlərdə aşağı düşə bilər. Həmin anda pula ehtiyacınız yaranarsa, investisiyanızı əlverişsiz qiymətə satmaq məcburiyyətində qala bilərsiniz. Ona görə mən başlanğıcı belə görürəm: əvvəl məqsədinizi dəqiqləşdirin, sonra maliyyə vəziyyətinizə baxın, bundan sonra hansı investisiya alətlərinin sizə uyğun ola biləcəyini araşdırın.

- Bəs, yığım etmək ilə investisiya etmək arasında nə fərq var?

- Pulu dəyərləndirmək deyəndə söhbət mütləq investisiyadan getmir. Yığım hesabı və depozit də pulun dəyərləndirilməsi üçün olan seçimlərdəndir.

Məsələn, yaxın aylarda istifadə etməyi planlaşdırdığınız vəsaiti daha əlçatan saxlamaq istəyirsinizsə, yığım hesabı bu baxımdan uyğun seçim ola bilər. “Kapital Bank”ın Yığım hesabı ilə hətta siz sabah xərcləməyi planladığınız məbləği də yerləşdirə və gəlir əldə edə bilərsiniz. Bu, insana gündəlik ehtiyaclarına xərcləyəcəyi pulunu dəyərləndirmək, eyni zamanda, vəsaitə ehtiyac yarandıqda ondan istifadə etmək azadlığı verir.

Daha uzun müddət istifadə etməyi planlaşdırmadığınız vəsait üçün isə depozit alternativ ola bilər. Depozitin əsas üstünlüklərindən biri əvvəlcədən müəyyən edilmiş şərtlər çərçivəsində gəlir əldə etmək imkanının olmasıdır.

İnvestisiyada isə yanaşma fərqlidir. Burada investor bazardakı qiymət dəyişikliklərini qəbul edir və daha yüksək gəlir əldə etmək potensialı müqabilində daha yüksək risk daşıyır.

Ona görə “pulumu necə dəyərləndirim?” sualının cavabı hamı üçün eyni deyil. Pulun nə üçün toplandığı, ona nə vaxt ehtiyac olacağı və müştərinin hansı riski qəbul edə biləcəyi əvvəlcədən müəyyənləşdirilməlidir.

- Uzunmüddətli yığım edən insan pulunun gələcək dəyəri ilə bağlı nələri nəzərə almalıdır?

- Burada inflyasiyanı nəzərə almaq vacibdir. Pulun məbləği dəyişməsə belə, qiymətlərin artması onun alıcılıq qabiliyyətini azalda bilər. Məsələn, bu gün 10 000 manatla müəyyən məhsul və xidmətlər ala bilərsiniz. Bir neçə ildən sonra isə həmin 10 000 manat eyni şeyləri almağa kifayət etməyə bilər. Yəni, hesabınızdakı rəqəm dəyişməyib, amma pulun real dəyəri dəyişib.

Bu səbəbdən uzunmüddətli yığım edən insan yalnız “Nə qədər pul toplamışam?” sualını deyil, “Bu pulun gələcəkdə alıcılıq qabiliyyəti necə olacaq?” sualını da düşünməlidir. Amma bunu bütün yığımlar investisiya edilməlidir kimi başa düşmək düzgün olmaz. İnvestisiya da müəyyən risk daşıyır və hər insan üçün uyğun seçim eyni deyil. Burada əsas məsələ maliyyə məqsədinizə, müddətinizə və imkanlarınıza uyğun variantları araşdırmaqdır.

- Risk deyəndə investor əslində nəyi nəzərdə tutmalıdır?

- Risk deyəndə insanların ağlına ilk olaraq “pulumu itirə bilərəm” fikri gəlir. Bu, əlbəttə, riskin bir hissəsidir, amma yeni başlayan investor üçün məsələ bir qədər genişdir.

Tutaq ki, siz 1000 dollarlıq investisiya etmisiniz və bir müddət sonra onun dəyəri 800 dollara düşüb. İlk reaksiyanız təbii olaraq “200 dollar itirdim” ola bilər. Amma burada başqa bir sual da var: “Mənim bu pula nə vaxt ehtiyacım olacaq?”.

Əgər həmin pula yaxın zamanda ehtiyacınız yoxdursa, bazardakı enişi gözləmək imkanınız ola bilər. Amma həmin 1000 dollar üç aydan sonra sizə mütləq lazım olacaqsa, vəziyyət dəyişir. Çünki bazarın aşağı olduğu vaxtda satmaq məcburiyyətində qala və zərər görə bilərsiniz. Ona görə riskə iki tərəfdən baxmaq çox vacibdir. “Mən bu dalğalanmaya psixoloji olaraq hazırammı?” və “Maliyyə vəziyyətim buna imkan verirmi?”.

Yəni risk təkcə “nə qədər itirə bilərəm?” sualı deyil. Bəzən daha vacib sual “bu itki mənim maliyyə planımı poza bilərmi?” olur.

Bir prinsip də yadda saxlanmalıdır: daha yüksək gəlir potensialı adətən daha yüksək risklə birlikdə gəlir. “Yüksək gəlir, sıfır risk” vədi isə ciddi xəbərdarlıq siqnalıdır.

- Yeni başlayan investor səhm, istiqraz və ETF arasında fərqi necə başa düşməlidir?

- İnvestisiyaya başlayan insan ilk növbədə qarşısındakı alətlərin nə olduğunu bilməlidir. Çünki nə aldığınızı bilmədən seçim etmək çətindir.

Səhm aldıqda konkret şirkətdə pay əldə edirsiniz. Şirkətin biznes nəticələri, gələcək perspektivləri və bazarın həmin şirkətlə bağlı gözləntiləri səhmin qiymətinə təsir edə bilər.

İstiqraz isə borc alətidir. Siz dövlətə və ya şirkətə müəyyən müddət üçün vəsait təqdim edir və istiqrazın şərtlərinə uyğun olaraq gəlir əldə edə bilərsiniz. Amma istiqrazı avtomatik olaraq “risksiz investisiya” hesab etmək olmaz. Emitentin vəziyyəti, müddət, faiz və digər şərtlər burada əhəmiyyətlidir.

ETF isə birjada alınıb-satılan fondur. Onun daxilində bir neçə səhm, istiqraz və ya digər aktiv ola bilər. Məsələn, müəyyən indeksi izləyən ETF bir əməliyyatla həmin indeksə daxil olan çoxsaylı şirkətlərə çıxış verə bilər.

Ona görə mən “hansı daha yaxşıdır?” sualına vahid cavab verməzdim. Əsas məsələ hansı alətin sizin məqsədinizə, investisiya müddətinizə və risk imkanınıza uyğun olduğunu anlamaqdır.

- Bütün pulları bir yerə qoymamaq məntiqli qərardırmı?

- Bu tövsiyəni tez-tez eşidirik: “bütün pullarını bir yerə qoyma”. Əslində söhbət diversifikasiyadan gedir. Amma diversifikasiya sadəcə müxtəlif səhmlər almaq demək deyil. Məsələn, bütün pullarınızı müxtəlif texnologiya şirkətlərinin səhmlərinə yatırmısınızsa, şirkətlərin sayı çox olsa da, portfeliniz hələ də eyni sektorun vəziyyətindən ciddi şəkildə asılı ola bilər. Daha geniş yanaşmada investor səhm, istiqraz və nağd vəsait kimi müxtəlif aktiv siniflərini, eləcə də müxtəlif sektorları, şirkətləri və coğrafiyaları nəzərə ala bilər.

ETF-lər də müəyyən hallarda diversifikasiyaya kömək edə bilər, amma ETF almaq avtomatik olaraq riskin tam bölüşdürülməsi demək deyil. Əsas məsələ həmin ETF-nin daxilində nələrin olduğuna baxmaqdır.

Yəni diversifikasiyanın məqsədi sadəcə çoxlu investisiya almaq deyil. Məqsəd bir şirkətin, bir sektorun və ya bir bazarın mənfi dəyişiminin bütün portfelinizə həddindən artıq təsir etməsinin qarşısını almaqdır.

- Bəs konkret investisiya alətini seçərkən investor nəyə baxmalıdır?

- Yeni başlayan investorun özünə verəcəyi ilk sual “Bu investisiya qalxacaqmı?” olmalı deyil. Əvvəlcə daha sadə suallardan başlamaq lazımdır:

Mən nə alıram?

Bu investisiyanın gəliri haradan formalaşır?

Əsas riskləri hansılardır?

Qiymətinə nə təsir edə bilər?

Bununla bağlı hansı xərclərim olacaq?

Və bəlkə də ən vacib sual: “Mən bunu həqiqətən anlaya bilirəmmi?”

Məsələn, səhm alırsınızsa, şirkətin nə işlə məşğul olduğunu və necə gəlir yaratdığını bilməlisiniz. ETF alırsınızsa, hansı indeksi və ya sektoru izlədiyini, daxilində hansı aktivlərin olduğunu və xərclərini araşdırmalısınız. İstiqraz alırsınızsa, emitentin kim olduğunu, müddəti, gəlirlilik şərtlərini və əsas riskləri anlamalısınız.

Bu gün rəqəmsal platformalar investisiyaya çıxışı əvvəlkindən daha asan edir. Məsələn, “Birbank Invest”də 1 ABŞ dollarından başlamaq və 12 000-dən çox səhm və ETF üzrə investisiya etmək mümkündür. Bu, investisiyaya giriş baryerini aşağı salır. Amma seçim imkanının çox olması bir şeyi dəyişmir: investor yenə də nə aldığını anlamalıdır.

Yaxşı investor olmaq “düzgün səhmi tapmaqdan” əvvəl düzgün sualları verməyi öyrənməkdən başlayır. Çünki investisiyada məqsəd hər fürsətdən istifadə etmək deyil, anladığınız, maliyyə planınıza uyğun olan və risklərini qəbul edə bildiyiniz qərarı verməkdir.

- Təşəkkür edirəm Elşad bəy, bu mövzunu davam etdirək.

- Mütləq. Təşəkkür edirəm.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır – YENİLƏNİB 2 VİDEO

Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır – YENİLƏNİB 2 VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb YENİLƏNİB

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər