Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır
Sofiya, 1 oktyabr, AZƏRTAC
Sofiyada nüvə energetikasının gələcəyi, süni intellektin bu sahədə tətbiqi, kibertəhlükəsizlik və yeni nüvə güclərinin maliyyələşdirilməsinə həsr olunmuş V Beynəlxalq Nüvə Konfransı və sərgisi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Bolqarıstanın BTA agentliyinin məlumatına görə, “Nüvə enerjisi - ambisiyalardan reallaşdırmaya” mövzusunda keçirilən ikigünlük tədbirin təşkilatçısı Bolqarıstan Enerji və Mədən Forumudur.
Konfransda Beynəlxalq Atom Enerjisi Agentliyi, Avropa Komissiyası, “Westinghouse”, “Framatome”, “Siemens Energy”, BWXT, “Laurentis Energy Partners”, Dünya Bankı və Avropa İnvestisiya Bankının ekspert və nümayəndələri iştirak edirlər.
Tədbirin əsas mövzuları arasında nüvə energetikasının rəqəmsal təhlükəsizliyi, süni intellekt texnologiyalarının tətbiqi, kiçik modul reaktorların inkişafı, yeni nüvə enerji bloklarının yaradılması, maliyyələşdirilməsi və sığortalanması yer alır.
Konfrans çərçivəsində, həmçinin Avropanın enerji təhlükəsizliyi, yeni nüvə layihələrinin investisiya modelləri və nüvə energetikasının aşağıkarbonlu enerji sistemində gələcək rolu müzakirə olunur.
Tədbir Bolqarıstan Energetika Nazirliyinin himayəsi altında keçirilir və oktyabrın 2-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]