YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər
Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının VIII qurultayının nümayəndələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Partiyadan AZƏRTAC-a bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Qeyd edək ki, qurultay oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçiriləcək.