Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib
Tbilisi, 1 oktyabr, AZƏRTAC
Tbilisidə Beynəlxalq İctimai Nəqliyyat Assosiasiyasının (UITP) üzv ölkələrinin nümayəndələrinin konfransı və işçi görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Tbilisi Nəqliyyat və Şəhərsalma Agentliyinin ev sahibliyi etdiyi tədbirdə Azərbaycan da daxil olmaqla 20-dən çox ölkənin nümayəndəsi iştirak edib.
Konfransda ictimai nəqliyyatın inkişafı, avtobus şəbəkələrinin planlaşdırılması və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə olunub.
Tbilisi Nəqliyyat və Şəhərsalma Agentliyinin rəhbəri Nino Baqaşvili bildirib ki, bu cür görüşlər təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir və ictimai nəqliyyatın daha rahat və sürətli olmasına xidmət edir.
Tədbir çərçivəsində Tbilisi Şəhər Meriyasında İctimai Nəqliyyat İdarəetmə Orqanları Komitəsinin 65-ci iclasının keçirilməsi nəzərdə tutulur.
Səfər proqramına əsasən, xarici qonaqlar Didi Diqomi avtobus deposu, Tbilisi Metropoliteninin deposu və Mtatsminda kanat yoluna baş çəkərək şəhər bələdiyyə nəqliyyatının fəaliyyəti ilə tanış olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:42]
“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq
- 01.10.2026 [12:33]
Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
- 01.10.2026 [12:30]