BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub
Bakı, 1 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, bunlar “Azərbaycan florasının dərman bitkilərinin ekstraktlarında terapevtik nanohissəciklərin sintezi texnologiyasının işlənməsi və tədqiqi” (layihə rəhbəri - Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri Elşad Qurbanov), “Elektron rekonstruksiya və defekt vəziyyətlərinin mühəndisliyi vasitəsi ilə yeni keçirici platformaların dizaynı” (layihə rəhbəri - Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müəllimi Aidə Əhmədova), “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tarixi-mədəni, etno-mədəni irs resurslarının məkan analizi və turizm potensialının qiymətləndirilməsi” (layihə rəhbəri - Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının baş müəllimi Vüqar Dərgahov) layihələridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:20]
Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib
- 01.10.2026 [11:54]
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək
- 01.10.2026 [11:51]
“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr
- 01.10.2026 [11:39]