Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib
Bakı, 1 oktyabr, AZƏRTAC
Qazaxıstanda səfərdə olan Çin-Avropa və Çin-Mərkəzi Asiya yük qatarlarının rəsmi operatoru “Sian Free Trade Port Construction & Operation Co., Ltd” şirkətinin nümayəndələri Kurık limanında görüş keçiriblər.
AZƏRTAC Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, görüş zamanı tərəflər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı, konteyner daşımalarının həcminin artırılması və uzunmüddətli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüşdə yük daşımalarının səmərəliliyinin artırılmasına, logistika proseslərinin optimallaşdırılmasına və Xəzər regionu vasitəsilə beynəlxalq yük axınlarının genişləndirilməsinə xüsusi diqqət yetirilib. Görüşdə “Qazaxıstan Dəmir Yolları” SC-nin nümayəndələri də iştirak edib.
Tərəflər əməkdaşlığı daha da gücləndirməkdə və yeni birgə logistika layihələrini həyata keçirməkdə maraqlı olduqlarını təsdiqləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:46]
Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb
- 01.10.2026 [14:35]
İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib
- 01.10.2026 [14:33]
Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]