Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib
Bakı, 1 oktyabr, AZƏRTAC
Kriştianu Ronaldunun Portuqaliya millisindəki forma nömrəsinin yeni sahibi bəlli olub.
AZƏRTAC Portuqaliya mətbuatına istinadən xəbər verir ki, “7” nömrəli formanı bundan sonra Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Rafael Leau geyinəcək. O, daha əvvəl yığmada “17” nömrəli forma ilə çıxış edirdi.
Portuqaliya millisi UEFA Millətlər Liqasının III turunda bu gün Danimarka ilə qarşılaşacaq.
Qeyd edək ki, Kriştianu Ronaldu baş məşqçi Jorji Jezuşun Danimarka ilə oyunda onu start heyətində meydana buraxmayacağını açıqlamasından sonra milli komandanın düşərgəsini tərk edib. 41 yaşlı forvardın yığmadakı karyerasını başa vuracağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]