İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb
İstanbul, 1 oktyabr, AZƏRTAC
Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda metal tozları istehsal edən fabrikdə partlayış olub. Hadisə nəticəsində 3-ü ağır olmaqla, 7 işçi yaralanıb.
AZƏRTAC xəbər verir ki, partlayış fabrikin alüminium, sink və mis tozlarının istehsal edildiyi nəhəng qazanda baş verib.
Hadisənin səbəbləri hələlik müəyyən edilməyib.
Bölgəyə yanğınsöndürən, təcili tibbi yardım və jandarma əməkdaşları göndərilib. Yaralılar təcili yardım maşınları ilə müxtəlif xəstəxanalara çatdırılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:11]
Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub
- 01.10.2026 [15:31]
Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib
- 01.10.2026 [15:29]
Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma
- 01.10.2026 [14:46]
Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb
- 01.10.2026 [14:35]