İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib
London, 1 oktyabr, AZƏRTAC
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellektin maliyyə bazarlarında ciddi sarsıntılara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Beyli Böyük Britaniyanın maliyyə sisteminin süni intellektlə bağlı mümkün risklərə qarşı dayanıqlı olmasının vacibliyini bildirib. O qeyd edib ki, süni intellekt sektoruna hazırda yüz milyardlarla dollar həcmində investisiya yatırılır, lakin belə proseslərdə hər kəs həmişə qazanmır.
Beylinin sözlərinə görə, süni intellekt iqtisadi artımı gücləndirmək üçün böyük potensiala malikdir. Bununla yanaşı, o xəbərdarlıq edib ki, texnologiya yanlış şəxslərin əlində çox güclü silaha çevrilə bilər.
Hazırda süni intellekt çipləri istehsalçısı “Nvidia” şirkətinin bazar dəyəri 5,5 trilyon dollara çatıb. “Meta”, “Microsoft” və “Amazon” kimi texnologiya nəhəngləri də öz süni intellekt modellərinin inkişafına böyük həcmdə vəsait yatırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:46]
Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb
- 01.10.2026 [14:33]
Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]