Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur
Astana, 1 oktyabr, AZƏRTAC
Qazaxıstanda süni intellekt, peyk məlumatları və geoinformasiya texnologiyalarından istifadə edərək dəniz şəraitinin monitorinqi və proqnozlaşdırılması üçün vahid sistemin yaradılması Xəzər dənizi ilə bağlı əsas fəaliyyət sahəsi kimi müəyyən edilib.
AZƏRTAC Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinə istinadla xəbər verir ki, bu məsələlər “Xəzər dənizi: Problemlər, perspektivlər və dayanıqlı inkişaf üçün imkanlar” mövzusunda keçirilən beynəlxalq konfransda müzakirə olunub.
Digər diqqət sahələrinə elmi cəhətdən əsaslandırılmış su balansının və sahil adaptasiyası ssenarilərinin hazırlanması, eləcə də Xəzər ekosistemlərinin və biomüxtəlifliyin qorunması üçün vahid elmi proqramın hazırlanması daxildir.
Konfrans Xəzər dənizi ekosisteminin qorunması və bərpası üçün elmi cəhətdən əsaslandırılmış tövsiyələri ehtiva edən analitik hesabatın hazırlanması ilə yekunlaşacaq praktik seminarla davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]