Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
Bakı, 29 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Ağdam Sənaye Parkında 27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, Ağdam Sənaye Parkının rezidentlərinin iştirak etdiyi tədbir çərçivəsində parkın ərazisində 100-dən çox ağac əkilib. Tədbirin keçirilməsində məqsəd şəhidlərimizin əziz xatirəsini yad etmək, onların müqəddəs xatirəsini yaşatmaq, həmçinin Ağdam Sənaye Parkının ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə və ətraf mühitin qorunmasına töhfə verməkdir.