“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır
Bakı, 29 sentyabr, AZƏRTAC
“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi dörd ev oyunu üçün paket biletlərin satışının oktyabrın 1-də başa çatacağını açıqlayıb.
Klubdan AZƏRTAC-a bildirilib ki, paket biletlər azarkeşlərə “Sabah”ın “Slaviya Praqa” (Çexiya), “Borussiya Dortmund” (Almaniya), “Barselona” (İspaniya) və “Napoli” (İtaliya) komandalarına qarşı keçirəcəyi qarşılaşmaları stadiondan izləmək, həmçinin bütün dörd oyunda eyni yerdə əyləşmək imkanı yaradır.
Qeyd olunub ki, paket biletlərə azarkeşlərin marağı gözləntiləri üstələyib.
Paket biletlərin satışı oktyabrın 1-i saat 12:00-da dayandırılacaq. Bundan sonra klub hər bir qarşılaşma üçün fərdi biletlərin satışına başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]