“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 36 ölkəsindən olan 95-ə yaxın şirkətə 17,4 milyon dollar dəyərində telekommunikasiya xidmətləri ixrac edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 ölkə azdır, xidmət dəyəri isə 1,5 dəfə çoxdur.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadla bildirir ki, bu dövr ərzində formalaşan ümumi gəlirlərin 61 faizini ixrac əməliyyatları təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,8 milyon dollar ilə Birləşmiş Krallıq, 2,1 milyon dollar ilə Lüksemburq, 874,7 min dollar ilə Türkiyə, 776,5 min dollar ilə Pakistan və 437,2 min dollar ilə Tanzaniya qərarlaşıb. Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:12]
AZAL-ın ixrac gəlirləri açıqlanıb
- 29.09.2026 [13:00]
“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb
- 29.09.2026 [12:58]
“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb
- 29.09.2026 [12:55]
Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb
- 29.09.2026 [12:46]
SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib
- 29.09.2026 [12:42]
“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]