Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Sülhün təminatı xarici sərmayəni artıracaq -  ŞƏRH

Bakı, 29 sentyabr, AZƏRTAC

ll Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yekunlarına qiymət verərkən, ilk növbədə, beynəlxalq investorlarla və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan 23 sənəd imzalanmasını xüsusi vurğulamaq yerinə düşər. Layihələr süni intellekt, enerji və bərpaolunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su təsərrüfatı kimi müxtəlif sahələri əhatə edir. İyun ayında Bakı Enerji Həftəsi zamanı elan edilmiş layihələr də nəzərə alınarsa, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard dollara çatır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, Azərbaycanın investisiya tarixində xarici kapitalın rolu böyükdür. Prezident İlham Əliyev II İnvestisiya Forumunda son 20 ildə ölkəyə 350 milyard dollardan çox ümumi investisiyanın cəlb edildiyini və ölkəmizə yatırılan sərmayənin yarısının birbaşa xarici investisiya olduğunu bildirdi: “Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycana cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi həcmi 7,046 milyard dollar təşkil edib. Göründüyü kimi, dövlət öz iri infrastruktur və quruculuq layihələrinin əksəriyyətini daxili vəsaiti hesabına maliyyələşdirə bilir. Lakin iqtisadiyyatın texnoloji transformasiyası üçün yalnız daxili mənbələr və resurslar kifayət etmir. Xarici investorun əsas faydası maliyyə ilə yanaşı texnologiya, idarəetmə təcrübəsi, bazara çıxış, patent, istehsal zənciri və beynəlxalq korporativ standartlar gətirməsidir”.

Zahid Oruc vurğulayıb ki, Prezident İlham Əliyevin forumda səsləndirdiyi ən mühüm fikirlərdən biri 30 il əvvəl imzalanmış neft-qaz müqavilələrinin şərtlərinin dəyişdirilməməsi ilə bağlı idi. “Dövlətimizin başçısı bildirib ki, həmin müqavilələrdə “bir söz belə dəyişdirilməyib”, yəni etibarlı tərəfdaş statusu qazanıb. Mövcud qanunvericilik də xarici investor üçün bir sıra üstünlüklər qazandırır. “İnvestisiya fəaliyyəti haqqında” Qanun xarici investorun yerli sərmayəçi müqayisədə daha əlverişsiz rəftara məruz qalmamasını, diskriminasiyanın qadağan olunmasını və investisiya gəlirlərinin sərbəst şəkildə xaricə köçürülməsini nəzərdə tutur. Əvvəlki xarici investisiyalar qanunvericiliyində də milliləşdirmədən müdafiə, kompensasiya və investisiya gəlirlərinin transferi kimi təminatlar müəyyən edilib. Deməli, Azərbaycanda xarici investisiyaya hüquqi təminatlar mövcuddur. Digər mühüm amil makroiqtisadi sabitlikdir. Prezident forumda Azərbaycanın xarici dövlət borcunun ÜDM-in 5,6 faizi olduğunu, valyuta ehtiyatlarının xarici borcu təxminən 20 dəfə üstələdiyini və manatın dollar qarşısında 2017-ci ildən 1,7 səviyyəsində sabit qaldığını vurğulayıb. Aşağı borc, böyük maliyyə ehtiyatı və sabit məzənnə uzunmüddətli investor üçün mühüm risklərin bir hissəsini azaldır.

İkincisi, enerji və infrastruktur bazasıdır. Üçüncüsü, coğrafi bağlantıdır. Dördüncüsü, dövlətin böyük layihələri həyata keçirmək qabiliyyətidir. Beynəlxalq maliyyə institutlarının strategiyaları göstərir ki, iqtisadi modelin inkişaf etdirməli olduğu sahələr hələ çoxdur. Avropa Yenidənqurma və İnkişaf Bankının 2025-ci ildə qəbul etdiyi Azərbaycan strategiyasının birinci prioriteti daha güclü, rəqabətli və inklüziv özəl sektor və təkmilləşdirilmiş idarəetmə, ikinci prioriteti isə yaşıl iqtisadiyyat və regional bağlantıdır. Bank dövlət müəssisələrində korporativ idarəetmənin gücləndirilməsini, biznes mühitinin yaxşılaşdırılmasını və qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artırılmasını ayrıca hədəf seçib. Neft-qazdan kənar xarici investisiyanın həcmi artmalıdır. Məhkəmə və arbitraj etimadı, müqavilələrin icrası və tənzimləmə proqnozlaşdırılması investor üçün daim əsas göstəricilərdir. İnsan kapitalı və texniki kadr bazası yeni investisiya modelinin əsas məhdudiyyətinə çevrilə bilər. Süni intellekt, data mərkəzləri, yaşıl enerji, yüksək texnologiyalı istehsal və əczaçılıq yalnız kapital yox, mühəndis, proqramçı, texnoloq və idarəçi tələb edir”,- deyə o diqqətə çatdırıb.

Forumun mövzusunun təsadüfi seçilmədiyini bildirən deputat əlavə edib: “Vətən müharibəsindəki Qələbəmizin siyasi coğrafiyası genişlənir və uzun illərin işğal reallığı, bölgəyə olan təhlükələr və regionun iqtisadi potensialına olan etimadın səviyyəsi dəyişir. Ən böyük investisiya iqlimi sülhün daimiliyini təmin etmək olacaq. Əvvəllər Cənubi Qafqaz xarici investor üçün münaqişə, bağlı sərhədlər və geosiyasi risklər kimi görünürdü. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, yeni kommunikasiya marşrutlarının açılması və Orta Dəhlizin əhəmiyyətinin yüksəlməsi regionun cəlbediciliyini artıracaq. Avropa ilə Asiya arasında enerji, logistika, rəqəmsal və istehsal bağlantısı məkanına çevrilmək üçün böyük perspektivlər var. Ona görə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas əhəmiyyəti ölkəmizi çoxşaxəli beynəlxalq investisiya platformasına keçmək iddiasının nümayiş olunmasıdır. Layihələrin reallaşması xarici kapitalın qeyri-neft sektorundakı çəkisini artıracaq və investisiya mühitində idarəetmə, rəqabət, müqavilə icrası və özəl sektorla bağlı qalan məsələlər həllini tapacaq. Ölkəmiz Cənubi Qafqazda kapitalın, texnologiyanın və regional bağlantının əsas mərkəzinə çevriləcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır