BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər
Qahirə, 29 sentyabr, AZƏRTAC
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) xəbərdarlıq edib ki, maliyyələşmənin azalması bu il təxminən 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə, bəzi ölkələrdə müdafiə sistemlərinin çökməsinə səbəb ola bilər.
AZƏRTAC xəbər verir ki, qurumun 2026-cı il üçün tələb etdiyi 8,5 milyard dolların iyul ayınadək yalnız 32 faizini əldə edib. Qurumun maliyyə çatışmazlığı hazırda 5,7 milyard dollar təşkil edir.
Vurğulanır ki, maliyyə çatışmazlığı qaçqınların qeydiyyatı, uşaqların müdafiəsi və gender əsaslı zorakılıqdan zərərçəkənlərə göstərilən xidmətlərə ciddi təsir edir. Qurumun məlumatına görə, 2026-cı ilin sonunadək mandatı çərçivəsində olan insanların sayının 131,2 milyona çatacağı gözlənilir.
Qeyd olunub ki, Qaçqınlar üzrə Ali Komissarlıq artıq 2025-ci ildə işçi heyətini 33 faiz azaldıb, 140 məkanda ofisini bağlayıb və 15 ölkədə fəaliyyətini dayandırıb. Qurum xəbərdarlıq edib ki, əlavə xərclərin azaldılması tədbirləri maliyyə çatışmazlığını kompensasiya edə bilməz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
- 29.09.2026 [10:44]
Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb
- 29.09.2026 [10:42]
Suriyada qaz kəməri partladılıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]