Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-u saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır, bəzi yerlərdə yağıntılar leysan xarakterlidir.
Tovuzda və Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaşda (Qax) və Balakəndə 4, Zaqatalada və Kürdəmirdə 3, Daşkəsəndə, Gəncədə, Ağstafada, Şəkidə, Şahdağda, Lənkəranda 2, Naxçıvanda, Şərurda, Culfada, Ordubadda, Sədərəkdə, Astarada, Sabirabadda, Şəmkirdə, Qobustanda, İsmayıllıda, Qəbələdə, Qusarda, Biləsuvarda, Lerikdə, Kəlbəcərdə, Laçında, Şuşada, Xankəndidə, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək qeydə alınır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [18:51]
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
- 30.10.2026 [16:45]
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb
- 30.10.2026 [15:04]