Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək
Bakı, 29 sentyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Ukraynaya verilən hərbi texnikaya görə Slovakiyaya əlavə 105 milyon avro kompensasiya ödəyəcək.
AZƏRTAC xəbər verir ki, bunu Slovakiya Müdafiə Nazirliyinin Müdafiə Siyasəti şöbəsinin baş direktoru Robert Bestro bildirib.
Onun sözlərinə görə, vəsait Avropa Sülh Fondundan ayrılacaq və daha əvvəl verilmiş kompensasiyaya əlavə olunacaq.
Qeyd edək ki, Slovakiya əvvəlki hökumətin dövründə Ukraynaya MiQ-29 qırıcıları və S-300 hava hücumundan müdafiə sistemləri göndərib. Hazırkı hökumət dövlət hesabına silah yardımı siyasətindən imtina etsə də, Slovakiya şirkətlərinin Ukraynaya kommersiya tədarükünə icazə verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [12:30]
Aksiyalarda dağıdıcı fəaliyyət göstərənlər vurduqları zərəri ödəyəcəklər
- 28.10.2026 [12:17]
Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib
- 28.10.2026 [12:15]
Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib
- 28.10.2026 [12:03]