Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Əli Əhmədov ölkəmizdə səfərdə olan “Standard Chartered” Bankının Borc kapital bazarları üzrə icraçı direktoru Jojo Ounun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə qlobal maliyyə bazarlarında makroiqtisadi mühit və tendensiyalar, valyuta ehtiyatlarının idarə edilməsi üzrə aktual meyillər, eləcə də suveren istiqraz və pul bazarının cari dinamikası müzakirə edilib.
Görüş zamanı, həmçinin Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi, “Standard Chartered” Bankının qlobal maliyyə şəbəkəsinin bu istiqamətdə yarada biləcəyi imkanlar, eləcə də təşkilatlar arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Tərəflər qarşılıqlı maraq doğuran təşəbbüslər, habelə bilik və təcrübə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [17:46]
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib
- 28.10.2026 [17:35]
Azərbaycan diri heyvan ixracını 34 dəfəyə yaxın artırıb – QRAFİK
- 28.10.2026 [16:17]
Hesablama Palatası 4SİM ilə əməkdaşlıq haqqında protokol imzalayıb
- 28.10.2026 [16:10]
Azərbaycan hotellərində 3,2 milyon gecələmə: Turizm gəlirləri nə qədər olub?
- 28.10.2026 [16:10]