Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir
Ankara, 29 sentyabr, AZƏRTAC
44 günlük Vətən müharibəsinin hər günü qardaş Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir. Tarixi torpaqların onilliklər sonrası işğaldan azad edilməsi Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı altında Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini nümayiş etdirdi.
Bu fikri Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) sədr müavini Sərdar Ünsal AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.
Federasiyanın sədr müavini Türkiyənin Azərbaycan şəhidlərinin xatirəsini ehtiramla yad etdiyini, qazilərə uzun ömür arzuladığını vurğulayıb.
“Türkiyə ölkələrinin bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Azərbaycan qəhrəmanlarını xatırlayır. Qarabağın azad edilməsi zamanı nümayiş etdirilən Vətənə fədakar sədaqət ölkəmizdə xüsusi hörmət mənbəyidir”, - deyə Ünsal əmin edib.
TADDEF-in sədr müavini əmin olduğunu bildirib ki, Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət” kəlamı işığında həm kədərdə, həm də sevincdə birlikdə hərəkət etməyə davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]