Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib
Astana, 29 sentyabr, AZƏRTAC
Qazaxıstan sosial mediada yayılan və ölkənin silahlı qüvvələri ilə bağlı real hadisələr kimi təqdim edilən videomaterialları təkzib edib.
AZƏRTAC Dezinformasiya Əleyhinə Mərkəzə istinadla xəbər verir ki, əvvəlki təkzibdən bir il sonra anonim hesablar yenidən bu cür materiallar yayır. Xüsusilə, “Threads” sosial şəbəkəsinin istifadəçiləri “Qırğızfilm” studiyasının “Batken” bədii filmindən parçaları kütləvi şəkildə paylaşaraq onları real görüntülər kimi təqdim edirlər.
Mərkəz qeyd edib ki, videolar istifadəçiləri çaşdıra, sosial gərginliyin artmasına səbəb ola biləcək emosional şərhlər və dağıdıcı çağırışlarla müşayiət oluna bilər.
Oxşar dezinformasiya 2025-ci ilin sentyabrında təkzib edilib. Mərkəz, həmçinin yalan və feyk məlumatların bilərəkdən yayılmasının hüquqi məsuliyyətə səbəb ola biləcəyini xatırladıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]