Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir
Moskva, 29 sentyabr, AZƏRTAC
Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməz və Tehranın müqavilənin məsul tərəfi olaraq qalacağına ümid edir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İran parlamentinin vitse-spikeri Əli Nikzadın Tehranın NPT-dən çıxmaq imkanlarını öyrənməsi barədə bəyanatını şərh edərkən deyib.
“İranın NPT-dən çıxmasını istəməzdik. Biz NPT-ni nüvə silahının yayılmaması rejiminin təməl daşı hesab edirik. Hələ də ümid edirik ki, İran bu sazişin mühüm və məsuliyyətli iştirakçısı olaraq qalacaq”, -deyə Kremlin nümayəndəsi bildirib.
Peskov qeyd edib ki, İran tərəfi dəfələrlə müxtəlif səviyyələrdə ölkədə nüvə silahının yaradılması üzrə işlərin və planların olmaması barədə bəyan edib, həmçinin nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərinə sadiqliyini təsdiqləyib.
Onun sözlərinə görə, İran ölkə iqtisadiyyatının mühüm sektoru kimi dinc atom energetikasını inkişaf etdirmək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]