Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları ictimaiyyətə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, federasiyanın yeni maskotları “Araz”, “Damla” və “Xəzər” adlanır. Maskotlar ən kiçik üzgüçülük həvəskarlarından peşəkar idmançılara qədər hər kəsin suya olan sevgisinin simvolu kimi təqdim edilir.
Qəhrəmanların əsas məqsədi su ehtiyatlarından səmərəli istifadənin və suya qənaətin əhəmiyyətinə diqqət çəkmək, eləcə də Xəzər dənizinin səviyyəsinin azalması məsələsini diqqətdə saxlamaqdır.
Federasiyadan bildirilib ki, su həyat mənbəyidir və onun, eləcə də Xəzər dənizinin qorunması hər kəsin üzərinə düşən məsuliyyətdir.
Qeyd edək ki, “Araz”, “Damla” və “Xəzər” ilə tanışlıq oktyabrın 1-3-də Bakıda keçiriləcək Dünya Kuboku zamanı mümkün olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]