Azərbaycan Dövlət İnformasiya Agentliyi

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Bakı, 29 sentyabr, AZƏRTAC

Ötən həftə beynəlxalq siyasətdə iki mühüm diplomatik hadisə əsas müzakirə predmetinə çevrildi. Söhbət BMT Baş Assambleyasının 81-ci sessiyası və ABŞ Prezidenti Donald Trampla Çin Sədri Si Cinpinin görüşündən gedir. Bu iki hadisə Nyu-York və Vaşinqtonu eyni anda qlobal siyasətin mərkəzinə çevirdi.

Baş Assambleya və ABŞ-Çin Sammiti qlobal miqyasda gərginliyin yüksəldiyi dövrə təsadüf etdi. Bu kontekstdə ABŞ ilə Çinin hansı mövzularda razılığa gəlməsi, bunun beynəlxalq nizama təsirləri maraq doğurur.

Yüksək səviyyədə qarşılanma

Diplomatik statusuna görə Si Cinpinin Vaşinqtona getməsi yüksəksəviyyəli səfər protokoluna əsaslanırdı. Son 11 ildə Si Cinpin ABŞ-yə ilk dəfə olaraq dövlət səfərinə getmişdi. Bu, ABŞ Prezidenti Donald Trampın may ayında Pekinə səfərindən sonra atılan bir növ qarşılıqlı addımdır.

Adətən ABŞ prezidentləri rəsmi qarşılanma mərasimi keçirməzdən əvvəl dövlət səfəri edən qonaqların Ağ Evə gəlməsini gözləyirlər. Donald Trampın Si Cinpini qarşılaması isə istisnalara söykənirdi. Si Cinpinin səfərindəki bu atmosfer Donald Trampın onu gözlədiyi Endryus Birgə Bazasında göründü.

ABŞ Lideri Çin Sədrini aeroportda qırmızı xalça ilə qarşıladı. Bununla da ABŞ Prezidenti Donald Tramp dövlət səfəri protokolundan irəli gələn ehtiramı çinli həmkarına nümayiş etdirdi.

Xatırlatmaq yerinə düşər ki, sonuncu belə addım 2015-ci ildə Papa Fransiskin ABŞ-yə səfəri zamanı ovaxtkı Prezident Barak Obama tərəfindən atılmışdı. ABŞ-nin nüfuzlu beyin mərkəzi olan Xarici Əlaqələr Şurası isə Roma Papasının gəlişləri istisna olmaqla, bunu son 60 ildən çox müddətdə bir ilk sayır.

Lakin bu isti qarşılama və digər tədbirlər ABŞ-Çin münasibətlərində əsaslı dönüş yaratmayıb.

Beyin mərkəzləri və beynəlxalq media məhz bu amili vurğulayır. Beləliklə,

- ABŞ Prezidenti Donald Tramp və Çin Lideri Si Cinpinin görüşləri yüksək diplomatik və simvolik əhəmiyyət daşıdı;

- Bununla belə, tərəflərin əldə etdiyi razılaşmalar əsasən iqtisadi və texnoloji əməkdaşlığın konkret istiqamətləri ilə məhdudlaşdı.

Çünki rəmzi mesajların və diplomatik jestlərin ön plana çıxmasına baxmayaraq, tərəflər əsas fikir ayrılıqları üzrə nəzərəçarpacaq razılıq əldə edə bilməyiblər.

Bununla belə, ABŞ və Çin rəhbərləri bir sıra elementlər üzrə razılığa gəliblər:

- Tərəflər hər iki istiqamətdə 30 milyard dollar olmaqla, ümumilikdə 60 milyard dollar həcmində qeyri-həssas mallara daha əlverişli tarif rejiminin tətbiqi;

- Çinin 2027-ci və 2028-ci illərdə ABŞ-dən ən azı on milyon metrik ton kömür idxal etməsi;

- May ayında əldə olunmuş razılaşmanın icrası çərçivəsində ABŞ-Çin İnvestisiya Şurasının yaradılması;

- Qabaqcıl süni intellekt texnologiyalarının risklərini və faydalarını müzakirə etmək üçün ABŞ-Çin “Super İntellekt” Dialoqunun qurulması (Növbəti dialoqun 2026-cı ilin noyabr ayına qədər keçirilməsi gözlənilir və iki ölkə, həmçinin süni intellektlə əlaqəli məsələlər üçün ikitərəfli rabitə kanalı yaradacaq);

- 2025-ci ilin noyabrında qüvvəyə minən birillik iqtisadi barışığın müddətinin iki ay uzadılaraq 2027-ci il yanvarın 10-dək davam etdirilməsi.

Liderlərin mesajları

Ağ Ev rəhbəri Donald Tramp süni intellekt və İran böhranının müzakirə olunduğu danışıqları yüksək qiymətləndirərək, bu sammiti hər iki dövlət üçün “dostluq, güc və uğur” rəmzi adlandırıb.

Çin tərəfinin görüş barədə ilkin açıqlamasında İran məsələsi ayrıca qeyd olunmasa da, sonrakı birgə bəyanatlarda tərəflərin İranın nüvə silahı əldə etməməsi məsələsində mövqeyi əksini tapıb.

Çin Lideri Si Cinpin də görüş barədə ümumilikdə müsbət fikirlər səsləndirib.

Onun mövqeyi əsasən Tayvanla bağlı olub. Si Cinpin Vaşinqtonu Çinin ərazi bütövlüyünə hörmət etməyə və bu həssas mövzuda ehtiyatlı davranmağa çağırıb.

“Prezident Si Çin tərəfinin milli birliyin və ərazi bütövlüyünün qorunması ilə bağlı mövqeyinin aydın olduğunu vurğuladı. Ümid edilir ki, ABŞ tərəfi Tayvanın “müstəqilliyi” ilə bağlı düzgün mövqe tutacaq və Tayvan məsələsinə ehtiyatla yanaşacaq ki, Çin-ABŞ strateji əməkdaşlığı və ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm təməl qoyulsun”, - deyə Çin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Ağ Ev rəsmi bəyanatında Tayvan mövzusuna toxunmasa da, ABŞ-nin Çindəki səfiri Devid Perdu Vaşinqtonun Tayvan siyasətinin və qanuni öhdəliklərinin qüvvədə qaldığını vurğulayıb.

Şam yeməyi

Donald Tramp və Si Cinpinin Ağ Evdə keçirilən dəbdəbəli rəsmi şam yeməyi bu görüşün ən maraqlı hissəsi idi.

Milyarder biznes liderləri və ABŞ-nin nəhəng texnologiya şirkətlərinin baş direktorları şam yeməyində liderlərə qoşulublar.

Tramp on ildən çox müddətdən sonra ABŞ-yə ilk səfəri zamanı Si Cinpinin ünvanına təriflər səsləndirib.

Bu arada Si Cinpin ABŞ-Çin münasibətlərindəki “tarixi dönüş nöqtəsi”ni alqışlayıb. O, hər iki ölkənin maraqlarının “bir-birini mütləq gücləndirə” biləcəyini söyləyib.

“Çin və ABŞ xalqlarımızın gözləntilərini qarşılamaq, dövrümüzün trendləri ilə ayaqlaşmaq və böyük ölkələrin bir-biri ilə yola getməsi üçün yeni bir yanaşmanı araşdırmaq üçün məsuliyyətli böyük ölkələr kimi çıxış etməlidirlər", - deyə o bildirib.

Tramp Çin Sədrinə Amerikanın milli simvolu olan keçəl qartal heykəlini hədiyyə edərək, onun “Amerikanın azad və ucalan ruhunu” təcəssüm etdirdiyini vurğulayıb. Tramp əlavə edib ki, birinci xanım Melaniya Tramp onun dizaynında iştirak edib.

Beynəlxalq medianın reaksiyası

CNN Donald Trampla Si Cinpinin görüşünün təmtəraqla zəngin, mahiyyətcə isə zəif keçdiyini bildirir. Bunun Çin üçün tamamilə məqbul olduğu vurğulanır.

“The Guardian” isə yazır: “Si Cinpinin səfəri simvolizmə çox bənzəyir. Yalnız qapalı görüş süni intellekt, ticarət, Tayvan və İran kimi çətin məsələlərdə irəliləyişlərə səbəb olacağına işarə etmir”.

BBC məqaləsində Sammitdə deyilməyən və qəsdən diqqətdən yayındırılan mövzuların daha mühüm olduğunu vurğulayır.

Beynəlxalq mətbuatda Donald Trampın Çinlə süni intellekt texnologiyasına dair dialoqu “Super İntellekt” adlandırması ön plana çıxarılıb. Çin dövlət mediasının rəsmi açıqlamalarında isə bu proses Süni İntellekt Dialoqu kimi xarakterizə edilib.

Hazırladı: Aqşin Kərimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər