Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Fransanın dövlət borcu 2026-cı ilin ikinci rübünün yekunlarına görə tarixi maksimumunu yeniləyərək 3,6 trilyon avroya yaxınlaşıb. AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 29-da ölkənin Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (Insee) məlumat yayıb.
“2026-cı ilin ikinci rübünün sonunda Maastrixt meyarlarına əsasən hesablanan dövlət borcu 3 trilyon 595,5 milyard avro təşkil edib”, - deyə məlumatda bildirilir.
Bu göstərici cari ilin birinci rübü ilə müqayisədə 59,6 milyard avro artıb. Fransanın dövlət borcunun ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbəti 119 faizə çatıb. Bu göstəriciyə görə Fransa Avropa İttifaqında Yunanıstan və İtaliyadan sonra üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin birinci rübündə Fransanın dövlət borcu tarixdə ilk dəfə 3,5 trilyon avronu ötüb. Bundan sonra Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi 2026–2027-ci illərdə yeni antirekordların qeydə alınacağını proqnozlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]