Sabah yağıntılar kəsiləcək
Bakı, 29 sentyabr, AZƏRTAC
Bu gecə Bakının və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Sabah səhər isə yağıntılar kəsiləcək. Oktyabrın 1-də əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 22-26 dərəcə isti olacağı gözlənilir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O, həmçinin bildirib ki, bölgələrdə bu gecə bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi, yüksək dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimalı var. Sentyabrın 30-u və oktyabrın 1-i gündüz saatlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Havanın maksimal temperaturu Aran rayonlarında 25-29, dağlıq ərazilərdə 10-15 dərəcə isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]