Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib
Bakı, 29 sentyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarovla İtaliyanın şirkətlər və "Made in Italy" naziri Adolfo Urso arasında telefonla videozəng formatında müzakirə aparılıb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müzakirədə Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələrin davamlı şəkildə inkişaf etdiyi vurğulanıb, iki ölkə arasında iqtisadiyyatın müxtəlif istiqamətləri, enerji və sənaye üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri qeyd olunub.
Söhbət zamanı nazir Adolfo Urso SOCAR-ın İtaliyada yanacağın qiymətlərini IP (“Italiana Petroli”) şəbəkəsində sabit saxlamaq qərarını yüksək qiymətləndirib.
Tərəflər kritik xammal, süni intellektin sənaye və iqtisadiyyatda tətbiqi kimi strateji sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını müzakirə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [18:13]
İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb
- 31.10.2026 [12:52]
Rezidentlik sertifikatı necə alınır?
- 31.10.2026 [11:58]
31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür
- 31.10.2026 [10:35]
Qubadlıda ilk su elektrik stansiyası tikilir VİDEO
- 31.10.2026 [10:00]
® Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt” VİDEO
- 31.10.2026 [09:07]