Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Energetika Nazirliyi enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə təsərrüfat subyektlərində, həmçinin binalarda (qurğularda) enerji auditinin həyata keçirilməsi ixtisas kateqoriyaları üzrə attestasiya elan edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, attestasiya təsərrüfat subyektlərində enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə oktyabrın 28-də saat 12:00-da, binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə isə oktyabrın 29-da saat 12:00-da Energetika Nazirliyində keçiriləcək.
Son müraciət tarixi oktyabrın 13-dür.
Attestasiyada iştirakı təsdiq edilmiş namizədlər və namizəd qismində müraciət edəcək şəxslər əlavə məlumatları aşağıdakı mənbələrdən əldə edə bilərlər:
· Attestasiya Proqramı (təsərrüfat subyektləri üzrə)
. Attestasiya Proqramı (binalar (qurğular) üzrə)
· Bələdçi
· İxtisas attestatının əldə edilmə qaydası
Qeyd olunub ki, namizədlər attestasiyanın keçiriləcəyi yerə 15 dəqiqə öncədən yaxınlaşmalı və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər.
Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küç. 84, Hökumət Evi, 4-cü giriş, 9-cu mərtəbə, AZ1000
Əlaqə: 598-16-53/54/55 (daxili 1057)