Mədəni diplomatiya Azərbaycan xalqının tarixini və milli dəyərlərini dünyaya çatdıran vasitədir
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan irsinin UNESCO platformalarında tanıdılması ölkənin mədəni diplomatiyasının mühüm istiqamətlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin birinci katibi Mustafa Şabanov AMEA Mərkəzi Elmi Kitabxanasında müəllifi olduğu kitabların təqdimat mərasimində söyləyib.
M.Şabanov bildirib ki, mədəni diplomatiya Azərbaycan xalqının tarixinin, milli kimliyinin və yaratdığı zəngin dəyərlərin dünyaya çatdırılmasına xidmət edən xarici siyasət vasitəsidir. Bu istiqamətdə görülən işlər milli tarixin və mədəni irsin qorunmasına, elmi əsaslarla öyrənilməsinə və beynəlxalq səviyyədə tanıdılmasına verilən əhəmiyyətin göstəricisidir. O, Azərbaycan irsinin UNESCO çərçivəsində tanıdılması və dünyada təbliği istiqamətində həyata keçirilən fəaliyyətin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı Azərbaycanın maddi, qeyri-maddi, təbii və sənədli irsinin UNESCO-nun müvafiq siyahı və proqramlarında təqdim olunmasına dair məlumatları bir araya gətirir.
Müxbir – Tünzalə Arazlı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:48]
BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü
- 01.10.2026 [16:36]
BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir
- 01.10.2026 [16:17]
BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıb
- 01.10.2026 [16:13]
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb
- 01.10.2026 [16:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid
- 01.10.2026 [15:45]
Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir
- 01.10.2026 [15:22]