Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
Bakı, 1 oktyabr, AZƏRTAC
Yarışın yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edirəm. Bu standartda böyük bir idman yarışını ərsəyə gətirmək böyük fədakarlıq və zəhmət tələb edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi zamanı deyib.
Onun sözlərinə görə, bu yarış hər zaman dünya miqyasında ən güclü idmançıların öz ustalıqlarını göstərmələri üçün möhtəşəm platforma olub: “Bütün üzgüçülərimizə və məşqçilərimizə uğurlar arzulayır, üç gün davam edəcək bu möhtəşəm yarışları səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, Dünya Kubokunun Bakı mərhələsinə oktyabrın 3-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [20:00]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]