Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub
Bakı, 1 oktyabr, AZƏRTAC
AQEM Media Forumu çərçivəsində “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Özbəkistan Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin şöbə müdiri Tokhir Umarov platformanın məqsədləri, proqramı və iştirak imkanları barədə məlumat verib.
Bildirilib ki, 2027-ci il fevralın 4–5-də Daşkənddə keçirilməsi planlaşdırılan tədbir audiovizual məzmunun nümayişi, satışı, alışı və lisenziyalaşdırılması, beynəlxalq yayım imkanlarının genişləndirilməsi və birgə istehsal layihələrinin inkişafına xidmət edəcək.