Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur
Bakı, 1 oktyabr, AZƏRTAC
Bu gün növbəti idman bayramıdır. Ölkəmizdə ilk dəfə olaraq üzgüçülük üzrə Dünya Kuboku baş tutur. Bu münasibətlə hər birinizi təbrik edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi zamanı deyib.
Nazir bildirib ki, ölkəmizdə idman Prezident İlham Əliyev tərəfindən dövlət siyasəti kimi müəyyənləşdirilib: “Bu siyasətin nəticəsidir ki, ölkəmizdə hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur”.
O, həmçinin beynəlxalq quruma və təşkilatçılara minnətdarlığını bildirib: “Bizə göstərdikləri etimada görə Beynəlxalq Üzgüçülük Federasiyasına, yüksək təşkilatçılığa görə Azərbaycan Üzgüçülük Federasiyasına və əlbəttə ki, bu gün idmançılarımızı dəstəkləməyə gələn əziz tamaşaçılara dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Dünya Kubokunun Bakı mərhələsinə oktyabrın 3-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]