Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir
Bakı, 1 oktyabr, AZƏRTAC
Çox həyəcanlı idim. Azərbaycanda ilk dəfədir ki, Dünya Kuboku keçirilir. Çox şadam ki, bu qədər insan gəlib, tamaşaçılar bizə dəstək olurlar. Nəticəmiz yaxşı idi. Çalışacağıq ki, bundan sonrakı yarışlarda da yaxşı nəticələr göstərək və Azərbaycanın bayrağını hər yerdə dalğalandıraq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan üzgüçüsü Abdurrəhman Rüstəmov Bakıda keçirilən Dünya Kuboku ilə bağlı danışarkən deyib. 100 metr məsafəyə kəpənək üsulu ilə yarışın finalında mübarizə aparan və 8-cı yeri tutan idmançı çıxışı zamanı yaşadığı çətinlikdən bəhs edib: “Belə üzüşlərdə son metrlər həmişə çox çətin olur. Amma necə deyərlər, dişini sıxıb üzməlisən. Çətin olsa da, üzərək yaxşı nəticə göstərdik. Azərbaycanı dünya səhnəsində təmsil etdiyim üçün çox şadam. Sabah da çıxış edəcəyəm və 100 metr məsafəyə sərbəst üsulla üzəcəyəm. Ümid edirəm ki, orada da mərhələni adlayıb özümü finalda sınayacağam”.
O, turnirdə dünya rekordçularının, Olimpiya çempionlarının olduğunu söyləyib: “Onlarla bir yerdə üzmək, onları izləmək və onlardan yeni şeylər öyrənmək insana çox böyük motivasiya verir. Onlara baxırıq, onlar kimi olmaq istəyirik. Ümid edirəm ki, bir gün onlarla bir yerdə yarışıb fəxri kürsüdə dayanacağıq”.
Qeyd edək ki, Dünya Kubokunun Bakı mərhələsinə oktyabrın 3-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:05]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]