FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
Bakı, 1 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) kişilərdən ibarət “Xilasedici” voleybol komandası Türkiyənin İzmir şəhərində keçirilən “TÜGİAD Ege Uluslarası” voleybol turnirində yüksək nəticə qazanıb.
FHN-dən AZƏRTAC-a bildirilib ki, turnirdə iştirak edən “Xilasedici” voleybol komandası yüksək əzmkarlıq göstərərək yarışı ikinci yerdə başa vurmağı bacarıb.
Qeyd edək ki, “Xilasedici” komandası voleybol üzrə Azərbaycan çempionu və Yüksək Liqasının qalibidir.