Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycanın qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər sırasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin genişləndirilməsi mühüm yer tutur. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” sahənin potensialından daha səmərəli istifadəni, investisiyaların artırılmasını, müasir texnologiyaların tətbiqini və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini nəzərdə tutur.

Dövlət Proqramının hədəfləri, gözlənilən nəticələri və sektorun inkişaf perspektivləri ilə bağlı iqtisadçı-ekspert, Kiçik və Orta Biznes Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Azərbaycanda qeyri-neft sektorunun inkişafı və xüsusilə kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafı ilə bağlı Dövlət Proqramının mahiyyəti və mövcud hüquqi baza barədə nə deyə bilərsiniz?

- Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu baxımdan kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, regionlarda məşğulluğun artırılması və ixrac potensialının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə hazırlanmış “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkənin aqrar sektorunda yeni inkişaf mərhələsinin əsas strateji sənədlərindən biri hesab olunur.

Azərbaycanın zəngin su ehtiyatları, Xəzər dənizinə çıxışı və əlverişli iqlim şəraiti balıqçılıq və akvakultura sektorunun inkişafı üçün geniş imkanlar yaratsa da, bu potensialdan tam istifadə olunmur. Bunun əsas səbəblərindən biri uzun illər ərzində sahədə mövcud olmuş həddindən artıq tənzimləmə mexanizmləri və inzibati maneələrdir. Tənzimləmə nəticəsində yeni müəssisələrin yaradılması çətinləşib, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin sektora daxil olması məhdudlaşıb. Nəticədə təbii resurslardan istifadə imkanları məhdud sayda təsərrüfatlar arasında cəmlənib, rəqabət və innovasiya zəif inkişaf edib.

Azərbaycanda balıqçılıq və akvakultura sektorunun hüquqi tənzimlənməsi əsasən “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında həyata keçirilir. Bu qanun dövlətin balıqçılıq və su bioresurslarından istifadəyə dair siyasətinin əsas prinsiplərini, təbii ehtiyatların qorunması və səmərəli istifadəsi mexanizmlərini müəyyən edir. Bununla yanaşı, 2017-ci ildə “Akvakulturanın həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi akvakultura fəaliyyətinin təşkili və həyata keçirilməsi üçün mühüm normativ baza formalaşdırıb. Lakin son illərin təcrübəsi göstərir ki, mövcud normativ-hüquqi çərçivənin tətbiqi zamanı müəyyən inzibati və institusional maneələr qalmaqda davam etmiş, xüsusilə kiçik və orta sahibkarların sektora daxil olması, su hövzələrinin istifadəsi və investisiya layihələrinin həyata keçirilməsi sahəsində arzuolunan nəticələr tam əldə edilməmişdir.

- “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsədləri və strateji hədəfləri nədən ibarətdir?

- 2026–2030-cu illər üçün Dövlət Proqramının əsas məqsədi kənd təsərrüfatı, balıqçılıq və akvakultura sektorlarının dayanıqlı inkişafını təmin etmək, məhsuldarlığı artırmaq, yeni investisiyaları cəlb etmək və müasir texnologiyaların tətbiqini genişləndirməkdir. Proqram çərçivəsində aşağıdakı strateji hədəflərin həyata keçirilməsi nəzərdə tutulur:

- Balıq və akvakultura məhsulları istehsalının bir neçə dəfə artırılması;

- Ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi;

- Balıq məhsulları üzrə idxaldan asılılığın azaldılması;

- İxrac potensialının artırılması;

- Kiçik və orta sahibkarların sektora cəlb olunması;

- Müasir emal müəssisələrinin yaradılması;

- Elmi-tədqiqat və innovasiya fəaliyyətinin gücləndirilməsi;

- Yeni iş yerlərinin yaradılması və regionların inkişafının dəstəklənməsi.

Bu məqsədlərə nail olmaq üçün hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsi, tənzimləmə prosedurlarının sadələşdirilməsi, sahibkarların resurslara çıxış imkanlarının genişləndirilməsi və investisiya mühitinin yaxşılaşdırılması əsas prioritetlərdən biri kimi müəyyən edilib. Dövlət Proqramının uğurla həyata keçirilməsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzi xüsusi rol oynayacaq. Mərkəz dövlət siyasətinin həyata keçirilməsi, sahənin inkişaf strategiyasının koordinasiyası, investisiyaların təşviqi, sahibkarların dəstəklənməsi, elmi-texniki yeniliklərin tətbiqi və akvakultura fəaliyyətinin inkişafı istiqamətində mühüm funksiyalar yerinə yetirəcək.

Mərkəzin fəaliyyəti nəticəsində sahibkarların resurslara çıxış imkanlarının genişləndirilməsi, dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, yeni texnologiyaların tətbiqinin sürətləndirilməsi və sahənin institusional inkişafının təmin olunması gözlənilir. Məhz Balıqçılıq və Akvakultura Mərkəzi bu sahədə uzun illər mövcud olmuş problemlərin həllində, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsində və qarşıya qoyulmuş strateji hədəflərin həyata keçirilməsində əsas əlaqələndirici qurumlardan biri ola bilər.

- Azərbaycanın balıqçılıq və akvakultura sahəsində mövcud potensialı, beynəlxalq təcrübə və innovativ texnologiyalar sektorun gələcək inkişafına hansı imkanları yaradır?

- Azərbaycanın balıqçılıq və akvakultura sahəsində geniş təbii resursları, əlverişli coğrafi mövqeyi və müasir texnologiyaların tətbiqi imkanları sektorun gələcək inkişafı üçün mühüm zəmin yaradır. Balıqçılıq və akvakultura sektorunun inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin effektiv icrası ilk növbədə mərkəzin elmi, təşkilati və metodiki potensialından, həmçinin sahibkarlarla, elmi müəssisələrlə və beynəlxalq tərəfdaşlarla quracağı əməkdaşlıq mexanizmlərindən asılı olacaq.

Balıqçılıq və akvakultura Azərbaycan iqtisadiyyatının ən perspektivli istiqamətlərindən biridir. Balıq məhsulları əhalinin keyfiyyətli və əlçatan proteinlə təmin edilməsində mühüm rol oynayır. Balıq dünyada ən əlverişli və iqtisadi cəhətdən səmərəli protein mənbələrindən biri hesab olunur. Azərbaycanın Xəzər dənizi boyunca geniş sahil əraziləri mövcuddur. Bu ərazilərin müəyyən hissəsinin dəniz akvakulturası üçün ayrılması və müasir yetişdirmə təsərrüfatlarının yaradılması 2030-cu ilə qədər qarşıya qoyulan istehsal hədəflərinə nail olunmasına mühüm töhfə verə bilər.

Bununla yanaşı, ölkənin daxili su hövzələri, gölləri və su anbarları da akvakultura təsərrüfatlarının inkişafı üçün əhəmiyyətli potensiala malikdir. Bu potensialın səmərəli istifadəsi daxili bazarın yerli məhsullarla təmin edilməsinə və ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq. Balıqçılıq və akvakultura sahəsində inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sektorun uğuru kiçik sahibkarlarla iri şirkətlər arasında əməkdaşlıq modelinin qurulmasından asılıdır. Tailand, Malayziya, Türkiyə və digər ölkələrdə minlərlə kiçik fermer təsərrüfatları fəaliyyət göstərir və ümumi istehsalda mühüm paya malikdir. Bu modeldə iri şirkətlər əsasən damazlıq materialı, yüksək keyfiyyətli yemlər, yem əlavələri, vitaminlər, logistika və emal infrastrukturu təmin edir. Kiçik fermerlər isə birbaşa istehsal prosesini həyata keçirirlər. Dövlət isə təbii resursların səmərəli istifadəsinə, onların ədalətli bölüşdürülməsinə və ekoloji tarazlığın qorunmasına nəzarət edir. Belə yanaşma sahibkarlığın inkişafı, məhsuldarlığın artırılması və innovasiyaların sürətlə tətbiqi baxımından ən uğurlu modellərdən biri hesab edilir.

Balıqçılıq və akvakultura yüksək elmtutumlu və innovasiya əsaslı kənd təsərrüfatı sahəsidir. Müasir dövrdə resirkulyasiya sistemləri (RAS), “ağıllı” yemləmə texnologiyaları, biofiltrasiya sistemləri, genetik seleksiya proqramları və yeni nəsil yem əlavələrinin tətbiqi məhsuldarlığın əhəmiyyətli dərəcədə yüksəldilməsinə imkan verir. Eyni zamanda, yüksək məhsuldarlığa malik damazlıq materialının istehsalı, yerli yem sənayesinin inkişafı, müasir emal müəssisələrinin yaradılması və rəqəmsal monitorinq sistemlərinin tətbiqi sektorun rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.

- Dövlət Proqramının strateji əhəmiyyəti və gözlənilən nəticələri barədə nə deyə bilərsiniz?

- “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafı, regionlarda iqtisadi fəallığın artırılması və kənd ərazilərində məşğulluğun genişləndirilməsi baxımından mühüm strateji əhəmiyyətə malikdir. Proqramın uğurlu icrası nəticəsində balıq və akvakultura məhsullarının istehsal həcminin əhəmiyyətli dərəcədə artacağı, minlərlə yeni iş yerinin yaradılacağı, idxaldan asılılığın azalacağı və ixrac imkanlarının genişlənəcəyi gözlənilir. Dövlət, elm və özəl sektor arasında əməkdaşlığa əsaslanan yeni inkişaf modeli Azərbaycanın yaxın illərdə Xəzər regionunun aparıcı balıqçılıq və akvakultura mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradacaq.

Müxbir - Vüsalə Səfərova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır