Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
Ankara, 13 iyun, AZƏRTAC
1960-cı ildən 1963-cü ilə qədər adada fəaliyyət göstərən Kipr Türk Tarix Cəmiyyəti (KTTK) 63 ildən sonra Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) yenidən qurulub.
AZƏRTAC xəbər verir ki, ŞKTC-nin sabiq mədəniyyət və turizm naziri, hazırda cəmiyyətin rəhbəri olan İsmayıl Bozkurt KTTK-nın əsas məqsədinin türk Kiprinin tarixi üzrə Birinci qurultay keçirmək, eləcə də Kipr türklərinin tarixi ilə bağlı jurnallar və kitablar nəşr etmək olduğunu bildirib.
Bozkurt Kiprin türk xalqının tarixi üzrə ixtisaslaşmış bir təşkilatın uzun müddətdir olmamasını “ciddi səhv” adlandırıb.
“Əsas məqsədimiz Kipr türklərinin tarixi yaddaşını gücləndirməkdir. Tarixi hərtərəfli öyrənməli və bu sahədə tədqiqatlar aparmalıyıq”, - deyə o bildirib.
Türk alimlərinin fikrincə, KTTK, əsasən, yunan Kipri və Yunanıstandan olan alimlərin qatıldığı müxtəlif ölkələrin nümayəndələrinin qatıldığı tədbirlərdə Kipr məsələsinin qərəzsiz və obyektiv müzakirəsini təmin edəcək.
Cəmiyyətin prioritet məqsədlərindən biri də Kipr türklərinin azadlıq mübarizəsi haqqında məlumatları orta və ali təhsil müəssisələrinin tədris planlarına daxil etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]