Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
Kiyev, 13 iyun, AZƏRTAC
Ukrayna heç vaxt bioloji silah hazırlamayıb və Kiyevin bu sahədə ABŞ ilə əməkdaşlığı yalnız ictimai sağlamlığın gücləndirilməsinə yönəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Xarici İşlər Nazirliyi qeyd edib ki, Ukrayna ilə ABŞ arasında bioloji təhlükəsizlik sahəsində əməkdaşlıq uzun illərdir davam edir. Bütün birgə proqramlar epidemioloji nəzarətin, laboratoriya diaqnostikasının və biotəhlükəsizliyin təkmilləşdirilməsinə yönəlib.
Nazirlik qeyd edib: “Bunlar beynəlxalq səhiyyə standartlarına və təcrübələrinə uyğun olan, heç bir hərbi məqsədlə əlaqəsi olmayan adi mülki fəaliyyətlərdir”.
Həmçinin vurğulanır ki, beynəlxalq texniki yardım proqramlarında iştirak edən bütün laboratoriyalar yalnız ictimai səhiyyə və baytarlıq üçün diaqnostik, elmi və ya istinad laboratoriyalarıdır.
Onlar Bioloji və Toksin Silahları Konvensiyası (BTWC) çərçivəsində fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:18]
Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]