AZƏRBAYCAN İDMAN JURNALİSTLƏRİ ASSOSİASİYASI 2008-Cİ İLİN LAUREATLARINI ELAN ETMİŞDİR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) kütləvi informasiya vasitələrinin redaksiyaları, televiziya tamaşaçıları, radio dinləyiciləri və idman azarkeşləri arasında keçirdiyi ənənəvi rəy sorğusunun nəticələrini elan etmişdir.
“İlin idmançısı” nominasiyası üzrə kişilər arasında Pekin Olimpiadasının qalibi Elnur Məmmədli (cüdo), qadınlar arasında isə Olimpiadanın bürünc mükafatçısı Mariya Stadnik (güləş) qalib elan olunmuşlar. “İlin komandası” nominasiyasında isə bədii gimnastika üzrə qrup hərəkətləri komandası qalib seçilmişdir.
Cüdo üzrə milli komandanın baş məşqçisi Ağayar Axundzadə “İlin məşqçisi”, Hicran Şərifov (güləş) “İlin idman hakimi”, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubundan tanıdığımız Bəhram Bağırzadə “İlin idman azarkeşi” elan olunmuşlar.
Xəbərin mətnində orfoqrafik səhv var